Cənnət və Cəhənnəm

Cənnətə sorğu-sualsız girənlər

عَنِ ابْنِ مَسْعُودٍ ، قَالَ : أَكْثَرْنَا الْحَدِيثَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ذَاتَ لَيْلَةٍ ، ثُمَّ غَدَوْنَا إِلَيْهِ ، فَقَالَ : عُرِضَتْ عَلَيَّ الأَنْبِيَاءُ اللَّيْلَةَ بِأُمَمِهَا ، فَجَعَلَ النَّبِيُّ يَمُرُّ ، وَمَعَهُ الثَّلاَثَةُ ، وَالنَّبِيُّ وَمَعَهُ الْعِصَابَةُ ، وَالنَّبِيُّ وَمَعَهُ النَّفَرُ ، وَالنَّبِيُّ لَيْسَ مَعَهُ أَحَدٌ ، حَتَّى مَرَّ عَلَيَّ مُوسَى ، مَعَهُ كَبْكَبَةٌ مِنْ بَنِي إِسْرَائِيلَ ، فَأَعْجَبُونِي ، فَقُلْتُ : مَنْ هَؤُلاَءِ ؟ فَقِيلَ لِي : هَذَا أَخُوكَ مُوسَى ، مَعَهُ بَنُو إِسْرَائِيلَ . قَالَ : قُلْتُ : فَأَيْنَ أُمَّتِي ؟ فَقِيلَ لِيَ : انْظُرْ عَنْ يَمِينِكَ . فَنَظَرْتُ ، فَإِذَا الظِّرَابُ قَدْ سُدَّ بِوُجُوهِ الرِّجَالِ ، ثُمَّ قِيلَ لِيَ : انْظُرْ عَنْ يَسَارِكَ . فَنَظَرْتُ ، فَإِذَا الأُفُقُ قَدْ سُدَّ بِوُجُوهِ الرِّجَالِ ، فَقِيلَ لِي : أَرَضِيتَ ؟ فَقُلْتُ : رَضِيتُ يَا رَبِّ ، رَضِيتُ يَا رَبِّ . قَالَ : فَقِيلَ لِي : إِنَّ مَعَ هَؤُلاَءِ سَبْعِينَ أَلْفًا يَدْخُلُونَ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : فِدًا لَكُمْ أَبِي وَأُمِّي ، إِنِ اسْتَطَعْتُمْ أَنْ تَكُونُوا مِنَ السَّبْعِينَ الأَلْفِ ، فَافْعَلُوا ، فَإِنْ قَصَّرْتُمْ ، فَكُونُوا مِنْ أَهْلِ الظِّرَابِ ، فَإِنْ قَصَّرْتُمْ ، فَكُونُوا مِنْ أَهْلِ الأُفُقِ ، فَإِنِّي قَدْ رَأَيْتُ ثَمَّ نَاسًا يَتَهَاوَشُونَ . فَقَامَ عُكَّاشَةُ بْنُ مِحْصَنٍ ، فَقَالَ : ادْعُ اللَّهَ لِي ، يَا رَسُولَ اللهِ ، أَنْ يَجْعَلَنِي مِنَ السَّبْعِينَ ، فَدَعَا لَهُ ، فَقَامَ رَجُلٌ آخَرُ ، فَقَالَ : ادْعُ اللَّهَ ، يَا رَسُولَ اللهِ ، أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، فَقَالَ : قَدْ سَبَقَكَ بِهَا عُكَّاشَةُ . قَالَ : ثُمَّ تَحَدَّثْنَا ، فَقُلْنَا : مَنْ تَرَوْنَ هَؤُلاَءِ السَّبْعُونَ الأَلْفُ ؟ قَوْمٌ وُلِدُوا فِي الإِِسْلاَمِ ، لَمْ يُشْرِكُوا بِاللَّهِ شَيْئًا حَتَّى مَاتُوا ؟ فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : هُمُ الَّذِينَ لاَ يَكْتَوُونَ ، وَلاَ يَسْتَرْقُونَ ، وَلاَ يَتَطَيَّرُونَ ، وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Bir gecə biz Allah Elçisinin ﷺ yanında uzun-uzadı danışdıq. Ertəsi gün səhər Peyğəmbərin ﷺ yanına gəldikdə, o bizə dedi: “Bu gecə peyğəmbərlər ümmətləri ilə birlikdə mənə göstərildi. Peyğəmbərlər önümdən keçməyə başladılar. Kimisinin yanında üç nəfər, kimisinin yanında bir dəstə, kimisinin yanında bir nəfər, kimisinin də yanında heç kəs yox idi. Nəhayət, Musa qarşımdan keçdi. Onun yanında İsrail oğullarından ibarət böyük bir toplum vardı. Bu toplum mənim çox xoşuma gəldi və soruşdum: “Kimdir bunlar?” Mənə: “Bu, qardaşın Musadır, yanındakılar isə İsrail oğullarıdır”- deyildi. Mən yenə soruşdum: “Yaxşı, bəs mənim ümmətim haradadır?” Mənə: “Sağına bax!”- deyildi. Baxıb gördüm ki, alçaq dağlar insanların üzləri ilə örtülmüşdür. Sonra mənə: “Soluna bax!”- deyildi. Baxıb gördüm ki, üfüq insanların üzləri ilə örtülmüşdür. Məndən soruşuldu: “Razı qaldınmı?” Mən dedim: “Ya Rəbbim, razı qaldım. Ya Rəbbim, razı qaldım”. Mənə deyildi: “Onların arasında yetmiş min nəfər var ki, onlar Cənnətə sorğu-sualsız girəcəklər”. Sonra Peyğəmbər ﷺ sözünə davam edərək buyurdu: “Atam-anam sizə fəda olsun, əgər bu yetmiş mindən ola bilsəniz, olun! Əgər bunlara çata bilməsəniz, o zaman alçaq dağlarda olanlardan olun! Yox, əgər bunlara da çata bilməsəniz, o zaman heç olmasa üfüqdə olanlardan olun! Mən orada izdihamdan bir-birlərinə qarışmış insanlar gördüm”. Bu zaman Ukkaşə ibn Mihsan ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni o yetmiş min nəfərdən etsin!” Peyğəmbər ﷺ də onun üçün dua etdi. Bu zaman başqa bir kişi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni də onlardan etsin!” Peyğəmbər ﷺ dedi: “Ukkaşə bu işdə səni qabaqladı”. Abdullah ibn Məsud dedi: “Sonra biz öz aramızda müzakirə edərək dedik: “Bu yetmiş minin kimlər olduğunu düşünürsünüz? Bəlkə bunlar müsəlman olaraq doğulmuş və ölənə qədər Allaha heç nəyi şərik qoşmayanlardır?” Bizim bu müzakirəmiz Peyğəmbərə ﷺ çatdıqda, o dedi: “Onlar müalicə məqsədilə bədəninə dağ basmayan, özlərinə ovsun oxunmasını tələb etməyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etməyən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”.”

İbn Məsud
Səhih

Qeyd

Əhməd, 3806. Hədis səhihdir. Bax: İsra vəl-Mirac, 1/83-84.

İstinad

Qüdsi hədislər, 214 (Kitab 14, 3)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm