Cənnət və Cəhənnəm

Cənnətə sorğu-sualsız girənlər

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: عُرِضَتْ عَلَيَّ الأُمَمُ بِالْمَوْسِمِ أَيَّامَ الْحَجِّ، فَأَعْجَبَنِي كَثْرَةُ أُمَّتِي، قَدْ ملأوا السَّهْلَ وَالْجَبَلَ، قَالَوا: يَامُحَمَّدُ، أَرَضِيتَ؟ قَالَ: نَعَمْ، أَيْ رَبِّ، قَالَ: فَإِنَّ مَعَ هَؤُلاَءِ سَبْعِينَ أَلْفًا، يَدْخُلُونَ الْجَنَّةَ بِغَيْرِحِسَابٍ، وَهُمُ الَّذِينَ لاَ يَسْتَرْقُونَ، وَلاَ يَكْتَوُونَ، وَلاَ يَتَطَيَّرُونَ، وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ، قَالَ عُكَّاشَةُ: فَادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ، قَالَ: اللَّهُمَّ اجْعَلْهُ مِنْهُمْ، فَقَالَ رَجُلٌ آخَرُ: ادْعُ اللَّهَ يَجْعَلُنِي مِنْهُمْ، قَالَ: سَبَقَكَ بِهَا عُكَّاشَةُ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həcc mövsümündə mənə ümmətlər göstərildi. Mənim ümmətimin çoxluğu xoşuma gəldi. Dağlara və düzənliklərə doluşmuşdular. Mələklər dedilər: “Ey Muhəmməd! Razı qaldınmı?” Peyğəmbər ﷺ dedi: “Bəli, ya Rəbbim!” Allah buyurdu: “Onların arasında yetmiş min nəfər vardır ki, onlar Cənnətə sorğu-sualsız girəcəklər. (Bunlar) o kəslərdir ki, (heç kəsdən) ovsun oxumağı diləməzlər, dağlanmazlar, (əlamətləri) uğursuzluğa yozmazlar və yalnız özlərinin Rəbbinə təvəkkül edərlər”. Ukkaşə dedi: “Allaha yalvar ki, məni onlardan etsin!” Peyğəmbər ﷺ dedi: “Allahım! Bunu onlardan et!” Başqa bir kişi dedi: “Allaha yalvar ki, məni də onlardan etsin!” O dedi: “Bu işdə Ukkaşə səni qabaqladı”.”

Abdullah ibn Məsud
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 911. Hədis həsən səhihdir. Bax: Mişkətul-Məsabih, 5296.

İstinad

Qüdsi hədislər, 215 (Kitab 14, 4)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm