Cənnət və Cəhənnəm

Cənnətdə əkinçiliklə məşğul olmaq istəyən haqda

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَوْمًا يُحَدِّثُ وَعِنْدَهُ رَجُلٌ مِنْ أَهْلِ الْبَادِيَةِ «أَنَّ رَجُلاً مِنْ أَهْلِ الْجَنَّةِ اسْتَأْذَنَ رَبَّهُ فِى الزَّرْعِ فَقَالَ لَهُ أَلَسْتَ فِيمَا شِئْتَ قَالَ بَلَى وَلَكِنِّى أُحِبُّ أَنْ أَزْرَعَ. قَالَ فَبَذَرَ فَبَادَرَ الطَّرْفَ نَبَاتُهُ وَاسْتِوَاؤُهُ وَاسْتِحْصَادُهُ، فَكَانَ أَمْثَالَ الْجِبَالِ فَيَقُولُ اللَّهُ دُونَكَ يَا ابْنَ آدَمَ، فَإِنَّهُ لاَ يُشْبِعُكَ شَىْءٌ». فَقَالَ الأَعْرَابِىُّ وَاللَّهِ لاَ تَجِدُهُ إِلاَّ قُرَشِيًّا أَوْ أَنْصَارِيًّا، فَإِنَّهُمْ أَصْحَابُ زَرْعٍ، وَأَمَّا نَحْنُ فَلَسْنَا بِأَصْحَابِ زَرْعٍ. فَضَحِكَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə bədəvilərdən biri Peyğəmbərin ﷺ yanında ikən Peyğəmbər ﷺ belə bir hədis danışdı: “Cənnət əhlindən biri Rəbbindən orada əkinçiliklə məşğul olmaq üçün izn istəyəcək. Rəbbi ona buyuracaq: “Məgər istədiklərinə nail olmamısan?” Adam deyəcək: “Elədir, lakin mən əkin əkməyi sevirəm”. (Onda ona izn veriləcək və o) torpağa toxum səpəcək. Toxumlar bir göz qırpımında cücərib yetişəcək və bol məhsul verəcək; (o məhsul) dağ boyda olacaq. Onda Allah ona buyuracaq: “Götür onları, ey Adəm övladı! Həqiqətən, heç bir şey sənin gözünü doydura bilməz”. (Peyğəmbərin ﷺ yanındakı) bədəvi dedi: “Vallahi, bu adam olsa-olsa ya Qureyşdən, ya da Ənsardan olan bir kimsə olacaq. Əkinçiliklə məşğul olan onlardır, biz yox”. Peyğəmbər ﷺ (onun bu sözünə) gülümsədi”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 2177, 2221, 2348.

İstinad

Qüdsi hədislər, 216 (Kitab 14, 5)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm