Cəhənnəmə daxil olduqdan sonra oradan çıxan
عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَخْرُجُ مِنَ النَّارِ أَرْبَعَةٌ يُعْرَضُونَ عَلَى اللَّهِ عَزَّ وَجَلَّ فَيَأْمُرُ بِهِمْ إِلَى النَّارِ فَيَلْتَفِتُ أَحَدُهُمْ فَيَقُولُ أَىْ رَبِّ قَدْ كُنْتُ أَرْجُو إِنْ أَخْرَجْتَنِى مِنْهَا أَنْ لاَ تُعِيدَنِى فِيهَا. فَيَقُولُ فَلاَ نُعِيدُكَ فِيهَا»
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dörd (nəfər) Cəhənnəmdən çıxardılaraq Allahın ﷿ hüzuruna gətiriləcək. Allah onların oda (girmələrini) əmr edəcək. Onlardan biri Allaha yalvararaq deyəcək: “Ya Rəbbim! Mən ümid edirdim ki, Sən məni (oddan) çıxartsan, ora qaytarmayacaqsan”. Allah: “Səni ora qaytarmayacağıq”- buyuracaq”.”
Qeyd
Əhməd, 12835, 13659. Şueyb əl-Arnavut Muslimin şərtlərinə görə isnadının səhih olduğunu bildirmişdir.
İstinad
Qüdsi hədislər, 217 (Kitab 14, 6)
Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm