Cənnət və Cəhənnəm

Pişiyə görə əzaba düçar olan qadın

عَنْ عَبْدِ اللَّهِ ابْنِ عُمَر أن رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «عُذِّبَتِ امْرَأَةٌ فِى هِرَّةٍ حَبَسَتْهَا حَتَّى مَاتَتْ جُوعًا فَدَخَلَتِ فِيهَا النَّارَ قَالَ الله: لاَ أَنْتِ أَطْعَمْتِيهَا وَ )لاَ( سَقَيْتِيهَا حِينَ حَبَسْتِيهَا وَلاَ أَنْتِ أَرْسَلْتِيهَا فَأَكَلَتْ مِنْ خَشَاشِ الأَرْضِ»

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdı. Elə buna görə də Cəhənnəmə girdi. Allah ona deyəcək: “Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin”.”

Abdullah ibn Ömər
Səhih

Qeyd

əl-Cövhəri “Musnədi Muvatta” 712; əl-Beyhəqi “Sunənul-Kubra” 15593, 15815; əs-Suyuti “Cəmius-Sağir” 7442. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3995.

İstinad

Qüdsi hədislər, 218 (Kitab 14, 7)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm