Cənnətdə ən aşağı və ən yüksək mərtəbəyə sahib olanlar
عَنْ مُطَرِّفٍ وَابْنِ أَبْجَرَ، عَنْ الشَّعْبِيِّ، قَالَ: سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ - رِوَايَةً إِنْ شَاءَ اللَّهُ: و حَدَّثَنَا ابْنُ أَبِي عُمَرَ: حَدَّثَنَا سُفْيَانُ: حَدَّثَنَا مُطَرِّفُ بْنُ طَرِيفٍ وَعَبْدُ الْمَلِكِ بْنُ سَعِيدٍ سَمِعَا الشَّعْبِيَّ يُخْبِرُ عَنْ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ: «سَأَلَ مُوسَى رَبَّهُ مَا أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلَةً قَالَ هُوَ رَجُلٌ يَجِىءُ بَعْدَ مَا أُدْخِلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ فَيُقَالُ لَهُ ادْخُلِ الْجَنَّةَ. فَيَقُولُ أَىْ رَبِّ كَيْفَ وَقَدْ نَزَلَ النَّاسُ مَنَازِلَهُمْ وَأَخَذُوا أَخَذَاتِهِمْ فَيُقَالُ لَهُ أَتَرْضَى أَنْ يَكُونَ لَكَ مِثْلُ مُلْكِ مَلِكٍ مِنْ مُلُوكِ الدُّنْيَا فَيَقُولُ رَضِيتُ رَبِّ. فَيَقُولُ لَكَ ذَلِكَ وَمِثْلُهُ وَمِثْلُهُ وَمِثْلُهُ وَمِثْلُهُ. فَقَالَ فِى الْخَامِسَةِ رَضِيتُ رَبِّ. فَيَقُولُ هَذَا لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ وَلَكَ مَا اشْتَهَتْ نَفْسُكَ وَلَذَّتْ عَيْنُكَ. فَيَقُولُ رَضِيتُ رَبِّ. قَالَ رَبِّ فَأَعْلاَهُمْ مَنْزِلَةً قَالَ أُولَئِكَ الَّذِينَ أَرَدْتُ غَرَسْتُ كَرَامَتَهُمْ بِيَدِى وَخَتَمْتُ عَلَيْهَا فَلَمْ تَرَ عَيْنٌ وَلَمْ تَسْمَعْ أُذُنٌ وَلَمْ يَخْطُرْ عَلَى قَلْبِ بَشَرٍ». قَالَ وَمِصْدَاقُهُ فِى كِتَابِ اللَّهِ عَزَّ وَجَلَّ﴿ فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِىَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ﴾ الآيَةَ.
“Abdul-Məlik ibn Səid və Mutarrif ibn Əbcər – hər ikisi Şəbidən eşitmişlər ki, o, belə rəvayət etmişdir: “Muğira ibn Şubə minbərdə ikən camaata xəbər vermişdir ki, (Peyğəmbər ﷺ belə buyurmuşdur): “Musa Rəbbindən: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək. O da: “Ya Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək. Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkünün olmasını istərdinmi?”- deyiləcək. O da: “İstərdim, ya Rəbb!”- deyə cavab verəcək. Allah ona: “İstədiyin və bir o qədər də, bir o qədər də, bir o qədər də, bir o qədər də sənindir”- buyuracaq, beşincidə: “Razı qaldım, ya Rəbb!”- deyəcək. Allah: “Bu və üstəlik on misli qədər də sənindir. Həmçinin nəfsinin istədiyi və gözünə xoş gələn hər şey sənindir”- deyə buyuracaq. O: “Razı qaldım, ya Rəbb!”- deyə cavab verəcək. Musa ﵇: “Ya Rəbb! Bəs onlardan ən yüksək mərtəbəyə sahib olanlar kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Onlar Mənim seçdiyim, Öz Əlimlə kəramət məqamına yüksəltdiyim və kəramətlərinin dəyişməyəcəyinə hökm verdiyim kəslərdir. Onlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının ağlına belə gətirmədiyi nemətlər hazırladım”. Allahın ﷿ Kitabında bunun təsdiqi: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17) - ayəsidir”.”
Qeyd
Muslim, 189, 276, 485.
İstinad
Qüdsi hədislər, 219 (Kitab 14, 8)
Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm