Cənnət və Cəhənnəm

Cənnətdə ən aşağı və ən yüksək mərtəbəyə sahib olanlar

عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ أَدْنَى مَقْعَدِ أَحَدِكُمْ مِنَ الْجَنَّةِ أَنْ يَقُولَ لَهُ تَمَنَّ. فَيَتَمَنَّى وَيَتَمَنَّى فَيَقُولُ لَهُ هَلْ تَمَنَّيْتَ فَيَقُولُ نَعَمْ. فَيَقُولُ لَهُ فَإِنَّ لَكَ مَا تَمَنَّيْتَ وَمِثْلَهُ مَعَهُ»....«وَيُذَكِّرُهُ اللَّهُ سَلْ كَذَا وَكَذَا فَإِذَا انْقَطَعَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ هُوَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ - قَالَ - ثُمَّ يَدْخُلُ بَيْتَهُ فَتَدْخُلُ عَلَيْهِ زَوْجَتَاهُ مِنَ الْحُورِ الْعِينِ فَتَقُولاَنِ الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَاكَ لَنَا وَأَحْيَانَا لَكَ - قَالَ - فَيَقُولُ مَا أُعْطِىَ أَحَدٌ مِثْلَ مَا أُعْطِيتُ

“Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın Allah Elçisindən ﷺ bizə rəvayət etdikləridir”– demiş və bir çox hədislər zikr etmişdir. Onlardan biri də budur: “Allah Elçisi ﷺ demişdir: “Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: “(Nə diləyirsən,) dilə!”– deyilməsidir. O da (istədiyini) diləyəcək. Sonra ona: “Dilədinmi?”– deyiləcək. O: “Bəli!”– deyə cavab verdikdə ona: “İstədiklərin və bir o qədəri də sənindir”- deyiləcək”. Başqa rəvayətdə bu əlavələr vardır: “…(Allah o adama): “Bunları da istə!”- deyə xatırladacaq. İstədikləri qurtardıqdan sonra Allah: “İstədiklərinin hamısı və onların on misli də sənindir!”- deyəcək. Allah Elçisi ﷺ buyurdu: “Sonra adam (Cənnətdəki) evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: “Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!” Həmin adam deyəcək: “Mənə verilən qədər (nemət) heç bir kəsə verilməmişdir”.”

Həmmam ibn Munəbbih
Səhih

Qeyd

Muslim, 275, 482.

İstinad

Qüdsi hədislər, 220 (Kitab 14, 9)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm