Cənnət və Cəhənnəm

Cənnətə ən son daxil olan haqda

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنِّى لأَعْلَمُ آخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنْهَا وَآخِرَ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ رَجُلٌ يَخْرُجُ مِنَ النَّارِ حَبْوًا فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ فَيَأْتِيهَا فَيُخَيَّلُ إِلَيْهِ أَنَّهَا مَلأَى فَيَرْجِعُ فَيَقُولُ يَا رَبِّ وَجَدْتُهَا مَلأَى. فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ - قَالَ - فَيَأْتِيهَا فَيُخَيَّلُ إِلَيْهِ أَنَّهَا مَلأَى فَيَرْجِعُ فَيَقُولُ يَا رَبِّ وَجَدْتُهَا مَلأَى فَيَقُولُ اللَّهُ لَهُ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ فَإِنَّ لَكَ مِثْلَ الدُّنْيَا وَعَشَرَةَ أَمْثَالِهَا أَوْ إِنَّ لَكَ عَشَرَةَ أَمْثَالِ الدُّنْيَا - قَالَ - فَيَقُولُ أَتَسْخَرُ بِى - أَوْ أَتَضْحَكُ بِى - وَأَنْتَ الْمَلِكُ» قَالَ لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ. قَالَ فَكَانَ يُقَالُ ذَاكَ أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən Cəhənnəmdən ən axırıncı çıxanın və Cənnətə ən son daxil olanın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona buyuracaq: “Get, Cənnətə gir!” O, Cənnətə yaxınlaşacaq, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: “Ya Rəbb! Mən Cənnəti dolu gördüm”. Uca Allah ona buyuracaq: “Get, Cənnətə gir!” O, yenə Cənnətə yaxınlaşacaq, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: “Ya Rəbb! Mən Cənnəti dolu gördüm”. Allah ona buyuracaq: “Get, Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!” O deyəcək: “Sən Hökmdar ola-ola mənə gülürsən?” İbn Məsud dedi: “Gördüm ki, Allah Elçisi ﷺ güldü, hətta azı dişləri göründü. Allah Elçisi ﷺ buyurdu: “Bu, Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olandır”- deyiləcək”.”

Abdullah ibn Məsud
Səhih

Qeyd

Muslim, 272, 479.

İstinad

Qüdsi hədislər, 221 (Kitab 14, 10)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm