Cənnətə ən son daxil olan haqda
عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «آخِرُ مَنْ يَدْخُلُ الْجَنَّةَ رَجُلٌ فَهُوَ يَمْشِى مَرَّةً وَيَكْبُو مَرَّةً وَتَسْفَعُهُ النَّارُ مَرَّةً فَإِذَا مَا جَاوَزَهَا الْتَفَتَ إِلَيْهَا فَقَالَ تَبَارَكَ الَّذِى نَجَّانِى مِنْكِ لَقَدْ أَعْطَانِىَ اللَّهُ شَيْئًا مَا أَعْطَاهُ أَحَدًا مِنَ الأَوَّلِينَ وَالآخِرِينَ. فَتُرْفَعُ لَهُ شَجَرَةٌ فَيَقُولُ أَىْ رَبِّ أَدْنِنِى مِنْ هَذِهِ الشَّجَرَةِ فَلأَسْتَظِلَّ بِظِلِّهَا وَأَشْرَبَ مِنْ مَائِهَا. فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ يَا ابْنَ آدَمَ لَعَلِّى إِنْ أَعْطَيْتُكَهَا سَأَلْتَنِى غَيْرَهَا. فَيَقُولُ لاَ يَا رَبِّ. وَيُعَاهِدُهُ أَنْ لاَ يَسْأَلَهُ غَيْرَهَا وَرَبُّهُ يَعْذِرُهُ لأَنَّهُ يَرَى مَا لاَ صَبْرَ لَهُ عَلَيْهِ فَيُدْنِيهِ مِنْهَا فَيَسْتَظِلُّ بِظِلِّهَا وَيَشْرَبُ مِنْ مَائِهَا ثُمَّ تُرْفَعُ لَهُ شَجَرَةٌ هِىَ أَحْسَنُ مِنَ الأُولَى فَيَقُولُ أَىْ رَبِّ أَدْنِنِى مِنْ هَذِهِ لأَشْرَبَ مِنْ مَائِهَا وَأَسْتَظِلَّ بِظِلِّهَا لاَ أَسْأَلُكَ غَيْرَهَا. فَيَقُولُ يَا ابْنَ آدَمَ أَلَمْ تُعَاهِدْنِى أَنْ لاَ تَسْأَلَنِى غَيْرَهَا فَيَقُولُ لَعَلِّى إِنْ أَدْنَيْتُكَ مِنْهَا تَسْأَلُنِى غَيْرَهَا. فَيُعَاهِدُهُ أَنْ لاَ يَسْأَلَهُ غَيْرَهَا وَرَبُّهُ يَعْذِرُهُ لأَنَّهُ يَرَى مَا لاَ صَبْرَ لَهُ عَلَيْهِ فَيُدْنِيهِ مِنْهَا فَيَسْتَظِلُّ بِظِلِّهَا وَيَشْرَبُ مِنْ مَائِهَا. ثُمَّ تُرْفَعُ لَهُ شَجَرَةٌ عِنْدَ بَابِ الْجَنَّةِ هِىَ أَحْسَنُ مِنَ الأُولَيَيْنِ. فَيَقُولُ أَىْ رَبِّ أَدْنِنِى مِنْ هَذِهِ لأَسْتَظِلَّ بِظِلِّهَا وَأَشْرَبَ مِنْ مَائِهَا لاَ أَسْأَلُكَ غَيْرَهَا. فَيَقُولُ يَا ابْنَ آدَمَ أَلَمْ تُعَاهِدْنِى أَنْ لاَ تَسْأَلَنِى غَيْرَهَا قَالَ بَلَى يَا رَبِّ هَذِهِ لاَ أَسْأَلُكَ غَيْرَهَا. وَرَبُّهُ يَعْذِرُهُ لأَنَّهُ يَرَى مَا لاَ صَبْرَ لَهُ عَلَيْهَا فَيُدْنِيهِ مِنْهَا فَإِذَا أَدْنَاهُ مِنْهَا فَيَسْمَعُ أَصْوَاتَ أَهْلِ الْجَنَّةِ فَيَقُولُ أَىْ رَبِّ أَدْخِلْنِيهَا. فَيَقُولُ يَا ابْنَ آدَمَ مَا يَصْرِينِى مِنْكَ أَيُرْضِيكَ أَنْ أُعْطِيَكَ الدُّنْيَا وَمِثْلَهَا مَعَهَا قَالَ يَا رَبِّ أَتَسْتَهْزِئُ مِنِّى وَأَنْتَ رَبُّ الْعَالَمِينَ». فَضَحِكَ ابْنُ مَسْعُودٍ فَقَالَ أَلاَ تَسْأَلُونِّى مِمَّ أَضْحَكُ فَقَالُوا مِمَّ تَضْحَكُ قَالَ هَكَذَا ضَحِكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالُوا مِمَّ تَضْحَكُ يَا رَسُولَ اللَّهِ قَالَ «مِنْ ضِحْكِ رَبِّ الْعَالَمِينَ حِينَ قَالَ أَتَسْتَهْزِئُ مِنِّى وَأَنْتَ رَبُّ الْعَالَمِينَ فَيَقُولُ إِنِّى لاَ أَسْتَهْزِئُ مِنْكَ وَلَكِنِّى عَلَى مَا أَشَاءُ قَادِرٌ»
“İbn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənnətə ən axırıncı girən (körpüdən keçərkən) gah yeriyəcək, gah üzü üstə düşəcək, gah da alov onun üzünü qarsacaq. Alovu keçdiyi zaman çevrilib ona baxaraq deyəcək: “Məni səndən qurtaran Allah necə də xeyirxahdır! Allaha and olsun ki, Allah nə əvvəlkilərdən, nə də sonrakılardan heç kəsə vermədiyini mənə verdi!” Onun önünə bir ağac çıxarılacaq və o deyəcək: “Ya Rəbbim! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim və suyundan içim”. Allah ﷿: “Ey Adəm övladı, ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən”- deyə buyuracaq. Adam: “Xeyr, ya Rəbbim!”- deyəcək və başqa bir şey istəməyəcəyinə söz verəcək. Allah onu üzrlü sayacaq, çünki o, qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah onu ağaca yaxınlaşdıracaq. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına əvvəlki ağacdan daha gözəl bir ağac çıxarılacaq. O deyəcək: “Ya Rəbbim! Məni bu ağaca yaxınlaşdır, onun suyundan içim və kölgəsində kölgələnim. Səndən başqa bir şey istəmirəm”. Uca Allah buyuracaq: “Bundan başqa bir şey istəməyəcəyinə dair Mənə söz vermədinmi? Ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən”. O da başqa bir şey istəməyəcəyinə söz verəcək. Allah onu üzrlü sayacaq, çünki o, qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah onu ağaca yaxınlaşdıracaq. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına Cənnət qapısının yaxınlığında əvvəlki iki ağacdan daha gözəl bir ağac çıxarılacaq. Adam deyəcək: “Ya Rəbbim! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim və suyundan içim. Səndən başqa bir şey istəmirəm”. Uca Allah: “Ey Adəm övladı, başqa bir şey istəməyəcəyinə dair Mənə söz vermədinmi?”- deyə buyuracaq. O deyəcək: “Bəli, ya Rəbbim! Bunu istəyirəm, başqa heç nə istəmirəm”. Allah onu üzrlü sayacaq, çünki o, qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah onu ağaca yaxınlaşdıracaq. O, ağaca yaxınlaşanda Cənnət əhlinin səsini eşidəcək. O deyəcək: “Ya Rəbbim, məni ora daxil et!” Allah buyuracaq: “Məndən istədiklərinə nə son qoyacaq? Sənə dünya və bir o qədərini versəm, bu səni razı edərmi?” Adam: “Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?”- deyəcək”. (Bunları rəvayət etdikdən sonra) İbn Məsud güldü və dedi: “Nəyə güldüyümü soruşmursunuz?” Dedilər: “Nəyə güldün?” O dedi: “Allah Elçisi ﷺ də beləcə güldü və ondan: “Nəyə gülürsən, ey Allahın Elçisi?”- deyə soruşdular. O dedi: “Aləmlərin Rəbbinin qulun: “Sən bütün aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?”- sözünə gülməsinə gülürəm”. Allah da ona belə deyəcək: “Mən sənə istehza etmirəm, Mən istədiyimi etməyə qadirəm”.”
Qeyd
Muslim, 274, 481.
İstinad
Qüdsi hədislər, 222 (Kitab 14, 11)
Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm