Cənnət və Cəhənnəm

Allahın Cənnət əhlindən razı olması

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ يَقُولُ لأَهْلِ الْجَنَّةِ يَا أَهْلَ الْجَنَّةِ. يَقُولُونَ لَبَّيْكَ رَبَّنَا وَسَعْدَيْكَ. فَيَقُولُ هَلْ رَضِيتُمْ فَيَقُولُونَ وَمَا لَنَا لاَ نَرْضَى وَقَدْ أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنْ خَلْقِكَ. فَيَقُولُ أَنَا أُعْطِيكُمْ أَفْضَلَ مِنْ ذَلِكَ. قَالُوا يَا رَبِّ وَأَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ ذَلِكَ فَيَقُولُ أُحِلُّ عَلَيْكُمْ رِضْوَانِى فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا»

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnət əhlinə buyuracaq: “Ey Cənnət əhli!” Onlar: “Buyur, ya Rəbbimiz, əmrinə müntəzirik!”- deyə cavab verəcəklər. Allah soruşacaq: “Razı qaldınızmı?” Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!” Allah buyuracaq: “Mən sizə bundan da yaxşısını verəcəyəm!” Onlar deyəcəklər: “Ya Rəbbimiz! Bundan yaxşı nə ola bilər ki?” Allah buyuracaq: “Mən Öz rizamı (razılığımı) sizə halal edirəm və bundan sonra heç vaxt Mənim sizə qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

əl-Buxari, 6067, 6549; ət-Tirmizi, 2555, 2753.

İstinad

Qüdsi hədislər, 228 (Kitab 14, 17)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm