Cənnət və Cəhənnəm

Allahın Cənnət əhlindən razı olması

عَنْ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ قَالَ: قَالَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إذا دَخَلَ أَهْلُ الجَنَّةِ الجَنَّة قال الله: أَتَشْتَهُوْنَ شَيئًا فأزيدكم؟ فيقولون: لا رَبْناَ وَمَا فْوقَ ما أَعْطيتَنْا؟ قال: فيقول: بلى رِضَايّ أكثر»

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnət əhlini Cənnətə saldıqdan sonra onlara buyuracaq: “Artırmağımı istədiyiniz bir şey varmı?” Onlar deyəcəklər: “Xeyr, ya Rəbbimiz! Sənin bizə verdiyindən üstün nə ola bilər?!” Allah buyuracaq: “Mənim rizam (razılığım) daha böyükdür!””

Cabir ibn Abdullah
Səhih

Qeyd

İbn Hibban, 7439. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1336.

İstinad

Qüdsi hədislər, 229 (Kitab 14, 18)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm