Elmin fəziləti
عَنْ أَبِى أُمَامَةَ الْبَاهِلِىِّ قَالَ ذُكِرَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاَنِ أَحَدُهُمَا عَابِدٌ وَالآخَرُ عَالِمٌ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «فَضْلُ الْعَالِمِ عَلَى الْعَابِدِ كَفَضْلِى عَلَى أَدْنَاكُمْ». ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ وَمَلاَئِكَتَهُ وَأَهْلَ السَّمَوَاتِ وَالأَرْضِ حَتَّى النَّمْلَةَ فِى جُحْرِهَا وَحَتَّى الْحُوتَ لَيُصَلُّونَ عَلَى مُعَلِّمِ النَّاسِ الْخَيْرَ»
“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Allah Elçisinin ﷺ yanında biri abid (ibadət edən), digəri alim olan iki kişidən bəhs edildikdə Allah Elçisi ﷺ buyurdu: “Alimin abiddən olan üstünlüyü mənim sizin ən aşağı olanınızdan üstünlüyüm kimidir”. Sonra Allah Elçisi ﷺ dedi: “Allah və Onun mələkləri, səma və yer əhli, yuvasındakı qarışqa və balina belə insanlara xeyir öyrədənə salavat edirlər”.”
Qeyd
ət-Tirmizi, 2685, 2901. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 829.
İstinad
Fəzilətli əməllər, 2 (Kitab 1, 2)
Fəzilətli əməllər — Elm