Elmin fəziləti
عَنْ قَيْسِ بْنِ كَثِيرٍ قَالَ قَدِمَ رَجُلٌ مِنَ الْمَدِينَةِ عَلَى أَبِى الدَّرْدَاءِ وَهُوَ بِدِمَشْقَ فَقَالَ مَا أَقْدَمَكَ يَا أَخِى فَقَالَ حَدِيثٌ بَلَغَنِى أَنَّكَ تُحَدِّثُهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَمَا جِئْتَ لِحَاجَةٍ قَالَ لاَ. قَالَ أَمَا قَدِمْتَ لِتِجَارَةٍ قَالَ لاَ. قَالَ مَا جِئْتَ إِلاَّ فِى طَلَبِ هَذَا الْحَدِيثِ قَالَ فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ سَلَكَ طَرِيقًا يَبْتَغِى فِيهِ عِلْمًا سَلَكَ اللَّهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ وَإِنَّ الْمَلاَئِكَةَ لَتَضَعُ أَجْنِحَتَهَا رِضًا لِطَالِبِ الْعِلْمِ وَإِنَّ الْعَالِمَ لَيَسْتَغْفِرُ لَهُ مَنْ فِى السَّمَوَاتِ وَمَنْ فِى الأَرْضِ حَتَّى الْحِيتَانُ فِى الْمَاءِ وَفَضْلُ الْعَالِمِ عَلَى الْعَابِدِ كَفَضْلِ الْقَمَرِ عَلَى سَائِرِ الْكَوَاكِبِ إِنَّ الْعُلَمَاءَ وَرَثَةُ الأَنْبِيَاءِ إِنَّ الأَنْبِيَاءَ لَمْ يُوَرِّثُوا دِينَارًا وَلاَ دِرْهَمًا إِنَّمَا وَرَّثُوا الْعِلْمَ فَمَنْ أَخَذَ بِهِ أَخَذَ بِحَظٍّ وَافِرٍ».
“Rəvayət edilir ki, Qeys ibn Kəsir ﵀ demişdir: ”Əbu əd-Dərdə Dəməşqdə olarkən Mədinə şəhərindən olan bir kişi onun yanına gəldi. Əbu əd-Dərdə ondan soruşdu: “Ey mənim qardaşım, səni bura gətirən nədir?” O: “Sənin Allah Elçisindən ﷺ bir hədisi rəvayət etməyin mənə gəlib çatmışdır”- deyə cavab verdi. Əbu əd-Dərdə soruşdu: “Bir ehtiyacınamı görə gəlmisən?” O: “Xeyr”- dedi. Əbu əd-Dərdə soruşdu: “Ticarət etmək üçünmü gəlmisən?” O: “Xeyr, sadəcə bu hədisi öyrənmək üçün gəldim”- deyə cavab verdi. Əbu əd-Dərdə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onu Cənnətin yoluna yönəldər. Həqiqətən, mələklər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs - sudakı balıqlar belə alim üçün bağışlanma diləyər. Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər qızıl və gümüş miras qoymamışlar, onların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar”.”
Qeyd
ət-Tirmizi, 2682, 2898; Əbu Davud, 3641, 3643. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 212.
İstinad
Fəzilətli əməllər, 3 (Kitab 1, 3)
Fəzilətli əməllər — Elm