İman və Tövhid

İslam, iman və yəqinlik

عَنْ أَبِي فِرَاسٍ رَجُلٍ مِنْ أَسْلَمَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "سَلُونِي عَمَّا شِئْتُمْ"، فَنَادَى رَجُلٌ: يَا رَسُولَ اللهِ، مَا الْإِسْلَامُ؟ قَالَ: "إِقَامُ الصَّلَاةِ وَإِيتَاءُ الزَّكَاةِ"، قَالَ: فَمَا الْإِيمَانُ؟ قَالَ: "الْإِخْلَاصُ"، قَالَ: فَمَا الْيَقِينُ؟ قَالَ: "التَّصْدِيقُ بالْقيامةِ".

“Rəvayət edilir ki, Əsləm qəbiləsindən olan Əbu Firas ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Nə haqda istəyirsinizsə, məndən soruşun”. Bir kişi müraciət edərək dedi: “Ey Allahın Elçisi, İslam nədir?” O buyurdu: “Namaz qılmaq və zəkat vermək”. O yenə soruşdu: “Bəs iman nədir?” Allah Elçisi ﷺ buyurdu: “İxlas”. O yenə soruşdu: “Bəs yəqinlik nədir?” Allah Elçisi ﷺ buyurdu: “Qiyaməti təsdiq etmək”.”

Əbu Firas
Səhih

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 6442. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 3.

İstinad

Fəzilətli əməllər, 13 (Kitab 2, 1)

Fəzilətli əməllər — İman və Tövhid