حَدَّثَنِي أَبُو هُرَيْرَةَ قَالَ: كُنَّا قُعُودًا حَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - مَعَنَا أَبُو بَكْرٍ وَعُمَرُ - فِي نَفَرٍ فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ بَيْنِ أَظْهُرِنَا، فَأَبْطَأَ عَلَيْنَا وَخَشِينَا أَنْ يُقْتَطَعَ دُونَنَا، وَفَزِعْنَا وَقُمْنَا، فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ، فَخَرَجْتُ أَبْتَغِي رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، حَتَّى أَتَيْتُ حَائِطًا لِلأَنْصَارِ لِبَنِي النَّجَّارِ، فَدُرْتُ بِهِ هَلْ أَجِدُ لَهُ بَابًا، فَلَمْ أَجِدْ، فَإِذَا رَبِيعٌ يَدْخُلُ فِي جَوْفِ حَائِطٍ مِنْ بِئْرٍ خَارِجَةٍ - وَالرَّبِيعُ: الْجَدْوَلُ - فَاحْتَفَزْتُ (كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ) فَدَخَلْتُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «أَبُو هُرَيْرَةَ؟» فَقُلْتُ: نَعَمْ، يَا رَسُولَ اللَّهِ! قَالَ: «مَا شَأْنُكَ؟» قُلْتُ: كُنْتَ بَيْنَ أَظْهُرِنَا، فَقُمْتَ فَأَبْطَأْتَ عَلَيْنَا، فَخَشِينَا أَنْ تُقْتَطَعَ دُونَنَا، فَفَزِعْنَا، فَكُنْتُ أَوَّلَ مِنْ فَزِعَ، فَأَتَيْتُ هَذَا الْحَائِطَ، فَاحْتَفَزْتُ كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ، وَهَؤُلاَءِ النَّاسُ وَرَائِي، فَقَالَ: «يَا أَبَا هُرَيْرَةَ!» وَأَعْطَانِي نَعْلَيْهِ قَالَ: «اذْهَبْ بِنَعْلَيَّ هَاتَيْنِ فَمَنْ لَقِيتَ مِنْ وَرَاءِ هَذَا الْحَائِطِ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ، فَبَشِّرْهُ بِالْجَنَّةِ» فَكَانَ أَوَّلَ مَنْ لَقِيتُ عُمَرُ، فَقَالَ: مَا هَاتَانِ النَّعْلاَنِ يَا أَبَا هُرَيْرَةَ؟ فَقُلْتُ: هَاتَانِ نَعْلاَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَنِي بِهِمَا، مَنْ لَقِيتُ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ، بَشَّرْتُهُ بِالْجَنَّةِ. فَضَرَبَ عُمَرُ بِيَدِهِ بَيْنَ ثَدْيَيَّ ضَرْبَةً، فَخَرَرْتُ لاِسْتِي، فَقَالَ: ارْجِعْ يَا أَبَا هُرَيْرَةَ! فَرَجَعْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَجْهَشْتُ بُكَاءً، وَرَكِبَنِي عُمَرُ، فَإِذَا هُوَ عَلَى أَثَرِي، فَقَالَ (لِي) رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا لَكَ يَا أَبَا هُرَيْرَةَ؟» قُلْتُ: لَقِيتُ عُمَرَ، فَأَخْبَرْتُهُ بِالَّذِي بَعَثْتَنِي بِهِ، فَضَرَبَ بَيْنَ ثَدْيَيَّ ضَرْبَةً خَرَرْتُ لاِسْتِي، قَالَ: ارْجِعْ. قَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عُمَرُ! مَا حَمَلَكَ عَلَى مَا فَعَلْتَ؟» قَالَ: يَا رَسُولَ اللَّهِ! بِأَبِي أَنْتَ وَأُمِّي، أَبَعَثْتَ أَبَا هُرَيْرَةَ بِنَعْلَيْكَ، مَنْ لَقِيَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ، بَشَّرَهُ بِالْجَنَّةِ، قَالَ: «نَعَمْ» قَالَ: فَلاَ تَفْعَلْ، فَإِنِّي أَخْشَى أَنْ يَتَّكِلَ النَّاسُ عَلَيْهَا، فَخَلِّهِمْ يَعْمَلُونَ، قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَخَلِّهِمْ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə biz bir dəstə adamla Allah Elçisinin ﷺ ətrafında oturmuşduq. Əbu Bəkr və Ömər də bizimlə idi. Bu vaxt Allah Elçisi ﷺ aramızdan qalxıb getdi və (geri qayıtmaqda) bir qədər ləngidi. Biz onun başına bir iş gələcəyindən qorxub təşvişə düşdük və (dərhal hamımız) ayağa qalxdıq. (Hamıdan) əvvəl mən narahat oldum və qalxıb onu axtarmağa getdim. Nəhayət, ənsardan olan Nəccar oğullarının bostanına gəldim. Bostanın ətrafına hərləndim ki, bəlkə bir qapı tapıb (oraya girim), amma tapa bilmədim. Bir də baxdım ki, çöldəki su quyusundan bostanın içinə bir arx gedir. Mən yerə yatıb (tülkü kimi) sürünərək Allah Elçisinin ﷺ yanına daxil oldum. Allah Elçisi ﷺ: “Əbu Hureyradırmı?”- deyə soruşdu. Dedim: “Bəli, ey Allahın Elçisi!” Soruşdu: “Sənə nə olub?” Dedim: “Sən aramızdan qalxıb getdin və bir qədər ləngidin deyə, başına bir iş gələcəyindən qorxub təşvişə düşdük. Hamıdan əvvəl mən narahat oldum, qalxıb bu bostana gəldim və yerə yatıb tülkü kimi sürünərək bura daxil oldum. Oradakı camaat da arxamca gəlir”. Allah Elçisi ﷺ: “Ey Əbu Hureyra!”- deyib səndəllərini mənə verdi və dedi: “Götür apar bu səndəllərimi! Bu bostanın çölündə, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan hər kimə rast gəlsən, onu Cənnətlə müjdələ”. Mənim ilk rast gəldiyim adam Ömər oldu. O soruşdu: “Bu nə səndəllərdir, ey Əbu Hureyra?” Dedim: “Bu, Allah Elçisinin ﷺ səndəlləridir. Bunları mənə verərək göndərib ki, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan hər kəsi Cənnətlə müjdələyim”. (Bunu eşidəndə) Ömər sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə dəydim. Sonra mənə: “Geri dön, ey Əbu Hureyra!”- dedi, mən də Allah Elçisinin ﷺ yanına qayıtdım. Mən az qala ağlayacaqdım. Ömər də arxamca gəlirdi. Allah Elçisi ﷺ məndən: “Sənə nə olub, ey Əbu Hureyra?”- deyə soruşdu. Dedim: “Mən Ömərə rast gəldim və sənin mənə tapşırdığını ona xəbər verdim. (Buna rəğmən) o mənim sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə düşdüm. (Sonra mənə): “Geri dön!”- dedi”. Allah Elçisi ﷺ ondan: “Ey Ömər, bunu etməyə səni nə vadar etdi?”- deyə soruşdu. Ömər dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Doğrudanmı, sən səndəllərini Əbu Hureyraya verib göndərmisən ki, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan hər kəsi Cənnətlə müjdələsin?” Allah Elçisi ﷺ: “Bəli”- deyə cavab verdi. Ömər dedi: “Belə etmə, (ey Allahın Elçisi)! Düzü, mən insanların buna arxayın olacağından qorxuram. Burax onları, (yaxşı) işlər görməyə çalışsınlar”. Allah Elçisi ﷺ: “Yaxşı, qoy çalışsınlar!”- deyə buyurdu”.”