İman və Tövhid

Allah üçün sevmək və Allah üçün nifrət etmək

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَيُّ عُرَى الْإِسْلَامِ أَوْسَطُ قَالُوا الصَّلَاةُ قَالَ حَسَنَةٌ وَمَا هِيَ بِهَا قَالُوا الزَّكَاةُ قَالَ حَسَنَةٌ وَمَا هِيَ بِهَا قَالُوا صِيَامُ رَمَضَانَ قَالَ حَسَنٌ وَمَا هُوَ بِهِ قَالُوا الْحَجُّ قَالَ حَسَنٌ وَمَا هُوَ بِهِ قَالُوا الْجِهَادُ قَالَ حَسَنٌ وَمَا هُوَ بِهِ قَالَ إِنَّ أَوْسَطَ عُرَى الْإِيمَانِ أَنْ تُحِبَّ فِي اللَّهِ وَتُبْغِضَ فِي اللَّهِ

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Bir gün biz Peyğəmbərin ﷺ hüzurunda oturmuşduq. O soruşdu: “Bilirsinizmi İslamın qırılmayan ən möhkəm ipi hansıdır?” Səhabələr: “Namaz”- dedilər. O buyurdu: “Namaz yaxşı şeydir, amma o deyil”. Səhabələr: “Zəkat”- dedilər. O buyurdu: “Zəkat yaxşı şeydir, amma o deyil”. Səhabələr: “Ramazan orucu”- dedilər. O buyurdu: “Ramazan orucu yaxşı şeydir, amma o deyil”. Səhabələr: “Həcc”- dedilər. O buyurdu: “Həcc yaxşı şeydir, amma o deyil”. Səhabələr: “Cihad”- dedilər. O buyurdu: “Cihad yaxşı şeydir, amma o deyil. Həqiqətən, imanın qırılmayan ən möhkəm ipi sənin Allah üçün sevməyin və Allah üçün nifrət etməyindir”.”

əl-Bəra ibn Azib
Həsən

Qeyd

Əhməd, 18524, 18547. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 3030.

İstinad

Fəzilətli əməllər, 82 (Kitab 2, 70)

Fəzilətli əməllər — İman və Tövhid