İman və Tövhid

Sən sevdiklərinlə birlikdə olacaqsan

عَنْ أَنَسٍ أَنَّ رَجُلاً سَأَلَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ السَّاعَةِ، فَقَالَ مَتَى السَّاعَةُ قَالَ: «وَمَاذَا أَعْدَدْتَ لَهَا». قَالَ لاَ شَىْءَ إِلاَّ أَنِّى أُحِبُّ اللَّهَ وَرَسُولَهُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ». قَالَ أَنَسٌ فَمَا فَرِحْنَا بِشَىْءٍ فَرَحَنَا بِقَوْلِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ». قَالَ أَنَسٌ فَأَنَا أُحِبُّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبَا بَكْرٍ وَعُمَرَ، وَأَرْجُو أَنْ أَكُونَ مَعَهُمْ بِحُبِّى إِيَّاهُمْ، وَإِنْ لَمْ أَعْمَلْ بِمِثْلِ أَعْمَالِهِمْ.

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərdən ﷺ Qiyamət barəsində soruşub dedi: “Qiyamət Saatı nə zaman gələcək?” Peyğəmbər ﷺ buyurdu: “Sən Qiyamətə nə tədarük görmüsən?” Adam dedi: “Heç bir şey hazırlamamışam, mən sadəcə Allahı və Onun Elçisini sevirəm”. Peyğəmbər ﷺ buyurdu: “Sən sevdiyin kəslə bir yerdə olacaqsan!” Ənəs dedi: “Biz Peyğəmbərin ﷺ: “Sən sevdiyin kəslə bir yerdə olacaqsan!”- sözünə sevindiyimiz kimi heç bir şeyə sevinməmişdik”. Ənəs dedi: “Mən Peyğəmbəri ﷺ, Əbu Bəkri, Öməri sevirəm və ümid edirəm ki, onlar qədər yaxşılıq etmiş olmasam belə, bu sevgimə görə onlarla bir yerdə olacağam”.”

Ənəs
Səhih

Qeyd

əl-Buxari, 3412, 3688; Muslim, 2639, 4775, 6878.

İstinad

Fəzilətli əməllər, 81 (Kitab 2, 69)

Fəzilətli əməllər — İman və Tövhid