Sən sevdiklərinlə birlikdə olacaqsan
عَنْ عَائِشَةَ قَالَتْ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللهِ، وَاللهِ إِنَّكَ لأَحَبُّ إِلَيَّ مِنْ نَفْسِي، وَإِنَّكَ لأَحَبُّ إِلَيَّ مِنْ أَهْلِي وَمَالِي ، وَأَحَبُّ إِلَيَّ مِنْ وَلَدِي، وَإِنِّي لأَكُونُ فِي الْبَيْتِ، فَأَذْكُرُكَ فَمَا أَصْبِرُ حَتَّى آتِيَكَ ، فَأَنْظُرَ إِلَيْكَ، وَإِذَا ذَكَرْتُ مَوْتِي وَمَوْتَكَ عَرَفْتُ أَنَّكَ إِذَا دَخَلْتَ الْجَنَّةَ رُفِعَتْ مَعَ النَّبِيِّينَ، وَإِنِّي إِذَا دَخَلْتُ الْجَنَّةَ خَشِيتُ أَنْ لا أَرَاكَ ، فَلَمْ يَرُدَّ عَلَيْهِ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا حَتَّى نَزَلَ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ بِهَذِهِ الآيَةِ: }وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ{
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə səhabələrdən biri Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allaha and olsun ki, sən mənim üçün həm özümdən, həm ailəmdən və mal-dövlətimdən, həm də övladımdan sevimlisən. Mən evimdə olarkən səni xatırlayıram və səni görməyənə qədər qəlbim rahatlıq tapmır. Hər ikimizin öləcəyini xatırlayanda isə düşünürəm ki, sən Cənnətə girəcək və peyğəmbərlərə xas olan ən yüksək mərtəbədə olacaqsan. Mən isə Cənnətə düşə bilsəm, qorxuram, bir daha səni görməyim”. Peyğəmbər ﷺ ona cavab vermədi. Nəhayət, Cəbrail ﵇ bu ayəni nazil etdi: “Allaha və Onun Rəsuluna itaət edənlər, Allahın özlərinə nemət bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır!” (ən-Nisa, 69)”.”
Qeyd
ət-Tabərani “Mucəmus-Sağir” 52; “Mucəmul-Əvsat” 477. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2933.
İstinad
Fəzilətli əməllər, 80 (Kitab 2, 68)
Fəzilətli əməllər — İman və Tövhid