İman və Tövhid

Sən sevdiklərinlə birlikdə olacaqsan

عَنْ أَبِي ذَرٍّ قَالَ، قُلْتُ: يَا رَسُولَ اللَّهِ، الرَّجُلُ يُحِبُّ الْقَوْمَ وَلاَ يَسْتَطِيعُ أَنْ يَلْحَقَ بِعَمَلِهِمْ؟ قَالَ: أَنْتَ يَا أَبَا ذَرٍّ مَعَ مَنْ أَحْبَبْتَ، قُلْتُ: إِنِّي أُحِبُّ اللَّهَ وَرَسُولَهُ، قَالَ: أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ يَا أَبَا ذَرٍّ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi! Adam bir toplumu sevir, lakin onların əməllərinin dərəcəsinə çata bilmir?” O buyurdu: “Ey Əbu Zərr, sən sevdiyin kimsənin yanında olacaqsan”. Mən dedim: “Mən Allahı və Onun Elçisini sevirəm!” O yenə buyurdu: “Ey Əbu Zərr, sən sevdiyin kimsənin yanında olacaqsan”.”

Əbu Zərr
Səhih

Qeyd

Əbu Davud, 5128. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3253.

İstinad

Fəzilətli əməllər, 79 (Kitab 2, 67)

Fəzilətli əməllər — İman və Tövhid