Vəziyyətindən insanlara şikayət etmək bəlanı yüngülləşdirmir
عَنِ ابْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ أَصَابَتْهُ فَاقَةٌ فَأَنْزَلَهَا بِالنَّاسِ لَمْ تُسَدَّ فَاقَتُهُ وَمَنْ أَنْزَلَهَا بِاللَّهِ أَوْشَكَ اللَّهُ لَهُ بِالْغِنَى إِمَّا بِمَوْتٍ عَاجِلٍ أَوْ غِنًى عَاجِلٍ».
“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimə kasıblıq üz versə və o da bu barədə ətrafdakı insanlara şikayət etməyə başlasa, onun bəlası yüngülləşməyəcək. Kimə kasıblıq üz versə və o da bu haqda Allaha şikayət etsə, Allah gec və ya tez bu bəlanı ondan uzaqlaşdıracaq”.”
Qeyd
Əbu Davud, 1645, 1647; ət-Tirmizi, 2327, 2496. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2787.
İstinad
Fəzilətli əməllər, 83 (Kitab 2, 71)
Fəzilətli əməllər — İman və Tövhid