Qəlbdə olan vəsvəsələr
أَبُو زُمَيْلٍ قَالَ سَأَلْتُ ابْنَ عَبَّاسٍ فَقُلْتُ مَا شَىْءٌ أَجِدُهُ فِى صَدْرِى قَالَ مَا هُوَ قُلْتُ وَاللَّهِ مَا أَتَكَلَّمُ بِهِ. قَالَ فَقَالَ لِى أَشَىْءٌ مِنْ شَكٍّ قَالَ وَضَحِكَ. قَالَ مَا نَجَا مِنْ ذَلِكَ أَحَدٌ - قَالَ - حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ }فَإِنْ كُنْتَ فِى شَكٍّ مِمَّا أَنْزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَءُونَ الْكِتَابَ مِنْ قَبْلِكَ{ الآيَةَ قَالَ فَقَالَ لِى إِذَا وَجَدْتَ فِى نَفْسِكَ شَيْئًا فَقُلْ }هُوَ الأَوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ{
“Rəvayət edilir ki, Əbu Zumeyl ﵀ demişdir: “Mən İbn Abbasdan ﵄ soruşdum: “Köksümdə hiss etdiyim şey nədir?” O soruşdu: “O nədir ki?” Mən dedim: “Allaha and olsun ki, mən onu danışa bilmərəm”. O: “Şübhə ilə bağlı bir şeydir?!”- dedi və güldü. Sonra dedi: “Ondan heç kəs xilas olmamışdır, hətta Allah ﷿ bu haqda ayə nazil etmişdir: “Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş” (Yunus, 94). O, sözünə davam edərək dedi: “Özündə elə bir şey hiss etdikdə, de: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3)”.”
Qeyd
Əbu Davud, 5110, 5112. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1614.
İstinad
Fəzilətli əməllər, 21 (Kitab 2, 9)
Fəzilətli əməllər — İman və Tövhid