İman və Tövhid

Qəlbdə olan vəsvəsələr

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُوْلَ اللهِ! إِنَّ أَحَدَنَا لَيَجِدُ فِي نَفْسِهِ الشَّيْءَ لأَنْ يَكُونَ حُمَمَةً أَحَبُّ إِلَيْهِ مِنْ أَنْ يَتَكَلَّمَ بِهِ؟! فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اللهُ أَكْبَرُ! الْحَمْدُ للهِ الَّذِي رَدَّ أَمْرَهُ إِلَى الْوَسْوَسَةِ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, bizə yanıb kül olmağımız onu danışmaqdan daha xoşdur”. O buyurdu: “Allahu Əkbər! (Şeytanın) işini vəsvəsəyə çevirən Allaha həmd olsun!””

İbn Abbas
Həsən

Qeyd

İbn Hibban, 147. Hədis həsəndir. Bax: Ziləlul-Cənnə, 658.

İstinad

Fəzilətli əməllər, 22 (Kitab 2, 10)

Fəzilətli əməllər — İman və Tövhid