Peyğəmbəri ﷺ görmədən ona iman gətirənlər
عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، قَالَ : ذَكَرُوا عِنْدَ عَبْدِ اللهِ أَصْحَابَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَإِيمَانَهُمْ قَالَ : فَقَالَ عَبْدُ اللهِ : إِنَّ أَمْرَ مُحَمَّدٍ كَانَ بَيِّنًا لِمَنْ رَآهُ ، وَالَّذِي لاَ إِلَهَ غَيْرُهُ ، مَا آمَنَ مُؤْمِنٌ أَفْضَلَ مِنْ إِيمَانٍ بِغَيْبٍ ، ثُمَّ قَرَأَ : {الم ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ} إِلَى قَوْلِهِ تَعَالَى : {يُؤْمِنُونَ بِالْغَيْبِ}.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Bir dəfə biz Abdullah ibn Məsudun yanında oturmuşduq. Peyğəmbərin ﷺ səhabələrindən və onların xeyirxah işlərdə öndə getdiklərindən danışdıq. Abdullah ibn Məsud dedi: “Həqiqətən, Muhəmmədin ﷺ peyğəmbər olması onu görən üçün aydın idi. Özündən başqa ibadətə layiq məbud olmayan Allaha and olsun ki, Peyğəmbəri ﷺ görmədən iman gətirənin imanından daha üstün iman yoxdur”. Sonra bu ayəni: “Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, axirətə də yəqinliklə inanırlar” (əl-Bəqərə, 1-5) sözünə qədər oxudu”.”
Qeyd
Səid ibn Mənsur “Sunən” 180; əl-Hakim, 3033. əl-Hakim ﵀ demişdir: “əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar rəvayət etməmişlər”.
İstinad
Fəzilətli əməllər, 74 (Kitab 2, 62)
Fəzilətli əməllər — İman və Tövhid