İman və Tövhid

Peyğəmbəri ﷺ görmədən ona iman gətirənlər

عن أبي صالح أن رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: "متى ألقى إخواني فقيل: يا رسول الله لسنا إخوانك؟ قال: انتم أصحابي وإخواني قوم من أمتي لم يروني يؤمنون بي ويصدقونني ثم قال لهم رسول الله: أي الخلق أعجب إيمانا؟ قالوا: ملائكة الله فقال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وما لهم لا يؤمنون وهم عند ربهم قالوا: فالنبيون قال: وما لهم لا يؤمنون وهم يوحى إليهم قالوا: فأصحاب النبيين فقال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وما لهم لا يؤمنون وأنبياء الله فيهم ولكنهم قوم من أمتي لم يدركوني يؤتون بكتاب من ربهم فيؤمنون به ويصدقونه" و في رواية "... وَلكن أعجب الناس إيمانا قوم يجيؤون من بعدكم، فيجدون كتابا من الوحي، فيؤمنون به، ويتبعونه، فهم أعجب الناس، أو الخلق، إيمانًا"... "قَوْمٌ يَأْتِيهِمْ كِتَابٌ بَيْنَ لَوْحَيْنِ فَيُؤْمِنُونَ بِهِ وَيَعْمَلُونَ بِمَا فِيهِ ، أُولَئِكَ أَعْظَمُ مِنْكُمْ أَجْرًا ، أُولَئِكَ أَعْظَمُ مِنْكُمْ أَجْرًا ، أُولَئِكَ أَعْظَمُ مِنْكُمْ أَجْرًا ". "تَغَدَّيْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَنَا أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَحَدٌ خَيْرٌ مِنَّا ، أَسْلَمْنَا مَعَكَ ، وَجَاهَدْنَا مَعَكَ ؟ قَالَ : نَعَمْ ، قَوْمٌ يَكُونُونَ مِنْ بَعْدِكُمْ يُؤْمِنُونَ بِي وَلَمْ يَرَوْنِي".

“Əbu Salih ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “(Görəsən) qardaşlarımla nə vaxt görüşəcəm?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, məgər biz sənin qardaşların deyilikmi?” O buyurdu: “Siz mənim səhabələrimsiniz, qardaşlarım isə ümmətimdən məni görmədən mənə iman gətirib, məni təsdiq edənlərdir”. Sonra Allah Elçisi ﷺ onlara dedi: “Yaradılmışlardan iman baxımından ən qəribə olanlar kimlərdir?” Səhabələr dedilər: “Allahın mələkləridir”. Allah Elçisi ﷺ buyurdu: “Onlar Rəblərinin yanında ola-ola niyə iman gətirməsinlər ki?!” Səhabələr dedilər: “Onda peyğəmbərlərdir”. O buyurdu: “Onlara vəhy gəldiyi halda niyə də iman gətirməsinlər ki?!” Səhabələr dedilər: “Peyğəmbərlərin səhabələridir”. Allah Elçisi ﷺ buyurdu: “Allahın peyğəmbərləri onların yanında ola-ola niyə də iman gətirməsinlər ki?! Onlar ümmətimdən məni görməyib özlərinə Rəbləri tərəfindən bir kitab gətirilən, ona iman gətirən və onu təsdiq edən qövmdür”. Digər rəvayətlərdə belə deyilir: “...Onlar insanlar arasında iman baxımından ən qəribə olanlar, sizdən sonra gəlib, vəhydən ibarət olan bir kitab görən, ona iman gətirən və ona tabe olan qövmdür. İnsanlar və ya yaradılmışlar arasında iman baxımından ən qəribə olanlar məhz onlardır”. “...Sizdən sonra elə bir qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək, ona iman gətirib içindəkilərə əməl edəcəklər. Onlar savab baxımından sizdən daha üstündürlər. Onlar savab baxımından sizdən daha üstündürlər. Onlar savab baxımından sizdən daha üstündürlər”. “...Bir dəfə Peyğəmbərlə ﷺ nahar yeməyi yedik. Əbu Ubeydə ibn əl-Cərrah da bizimlə idi. O dedi: “Ey Allahın Elçisi, bizdən daha xeyirli kimsə varmı? Səninlə birlikdə iman gətirdik, səninlə birlikdə cihad etdik”. Peyğəmbər ﷺ buyurdu: “Bəli, var. Sizdən sonra gələn qövm. Onlar məni görmədikləri halda mənə iman gətirənlərdir”.”

Əbu Salih
Səhih

Qeyd

Əhməd, 16977, 17018, 17102; ət-Tabərani “Mucəmul-Kəbir” 3457. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 6282.

İstinad

Fəzilətli əməllər, 73 (Kitab 2, 61)

Fəzilətli əməllər — İman və Tövhid