İman və Tövhid

Böyük günahlardan çəkinən

عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ حَدَّثَهُ وَكَانَتْ لَهُ صُحْبَةٌ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي حَجَّةِ الْوَدَاعِ : أَلاَ إِنَّ أَوْلِيَاءَ اللهِ الْمُصَلُّونَ مَنْ يُقِيمُ الصَّلاَةَ الْخَمْسَ الَّتِي كُتِبْنَ عَلَيْهِ ، وَيَصُومُ رَمَضَانَ يَحْتَسِبُ صَوْمَهُ يَرَى أَنَّهُ عَلَيْهِ حَقٌّ ، وَيُعْطِي زَكَاةَ مَالِهِ يَحْتَسِبُهَا ، وَيَجْتَنِبُ الْكَبَائِرَ الَّتِي نَهَى اللَّهُ عَنْهَا ثُمَّ إِنَّ رَجُلاً سَأَلَهُ فَقَالَ : يَا رَسُولَ اللهِ ، مَا الْكَبَائِرُ ؟ فَقَالَ : هِيَ تِسْعٌ : الشِّرْكُ بِاللَّهِ ، وَقَتْلُ نَفْسِ الْمُؤْمِنِ بِغَيْرِ حَقٍّ ، وَفِرَارٌ يَوْمَ الزَّحْفِ ، وَأَكْلُ مَالِ الْيَتِيمِ ، وَأَكْلُ الرِّبَا ، وَقَذْفُ الْمُحْصَنَةِ ، وَعُقُوقُ الْوَالِدَيْنِ الْمُسْلِمَيْنِ ، وَاسْتِحْلاَلُ الْبَيْتِ الْحَرَامِ قِبْلَتِكُمْ أَحْيَاءً وَأَمْوَاتًا ثُمَّ قَالَ : لاَ يَمُوتُ رَجُلٌ لَمْ يَعْمَلْ هَذِهِ الْكَبَائِرَ وَيُقِيمُ الصَّلاَةَ وَيُؤْتِي الزَّكَاةَ إِلاَّ كَانَ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي دَارٍ أَبْوَابُهَا مَصَارِيعُ مِنْ ذَهَبٍ.

“Umeyr ibn Qatədə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ vida həccində belə buyurmuşdur: “Bilin ki, Allahın dostları fərz edilən beş vaxt namazı qılanlar, Ramazan ayını oruc tutaraq savabını Allahdan umanlar və bunu öz üzərlərində bir haqq olaraq görənlər, savabını Allahdan umaraq malının zəkatını verənlər və Allahın qadağan etdiyi böyük günahlardan çəkinənlərdir”. Sonra bir nəfər Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi, böyük günahlar hansılardır?” Peyğəmbər ﷺ buyurdu: “Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, döyüş meydanından qaçmaq, yetimin malını yemək, sələm yemək, ismətli evli qadını zinada ittiham etmək, mömin valideynlərin üzünə ağ olmaq, sehrbazlıq və həm sağ ikən (namazlarda), həm də ölü ikən (qəbirdə) qibləniz olan Beytul-Haramı halal saymaq. Bu böyük günahları etmədən namaz qılaraq və zəkat verərək ölən şəxs qapılarının cəftəsi qızıldan olan bir evdə Peyğəmbərlə ﷺ birlikdə olacaq”.”

Ubeyd ibn Umeyr atasından
Həsən

Qeyd

əl-Hakim, 197, 7666. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 690.

İstinad

Fəzilətli əməllər, 72 (Kitab 2, 60)

Fəzilətli əməllər — İman və Tövhid