Əmr edilənləri yerinə yetirən
عَنْ جَابِرٍ أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلاَلَ وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ» قَالَ: وَاللَّهِ لاَ أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir nəfər Allah Elçisindən ﷺ soruşdu: “De görüm, əgər mən fərz namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal, haramı da haram qəbul etsəm və bunlara heç nə əlavə etməsəm, Cənnətə daxil olaram?” Allah Elçisi ﷺ: “Bəli!”- deyə cavab verdi. O da: “Allah and olsun ki, mən bunlara heç nə əlavə etməyəcəyəm”.”
Qeyd
Muslim, 18, 110, 119.
İstinad
Fəzilətli əməllər, 71 (Kitab 2, 59)
Fəzilətli əməllər — İman və Tövhid