Əmr edilənləri yerinə yetirən
عَنْ أَبِي أَيُّوبَ قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: دُلَّنِي عَلَى عَمَلٍ أَعْمَلُهُ يُدْنِينِي مِنْ الْجَنَّةِ وَيُبَاعِدُنِي مِنْ النَّارِ. قَالَ: «تَعْبُدُ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا، وَتُقِيمُ الصَّلاَةَ، وَتُؤْتِي الزَّكَاةَ، وَتَصِلُ ذَا رَحِمِكَ» فَلَمَّا أَدْبَرَ، قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنْ تَمَسَّكَ بِمَا أُمِرَ بِهِ دَخَلَ الْجَنَّةَ».
“Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Məni Cənnətə yaxınlaşdıracaq və oddan uzaqlaşdıracaq bir əməl öyrət ki, onu yerinə yetirim”. Peyğəmbər ﷺ buyurdu: “Allaha Ona heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir!” Adam dönüb getdikdən sonra Peyğəmbər ﷺ dedi: “Əgər ona əmr edilənləri yerinə yetirsə, Cənnətə daxil olar”.”
Qeyd
Muslim, 15, 106, 115.
İstinad
Fəzilətli əməllər, 70 (Kitab 2, 58)
Fəzilətli əməllər — İman və Tövhid