Peyğəmbəri ﷺ görmədən ona iman gətirənlər
عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ الْجُهَنِىِّ قَالَ بَيْنَا نَحْنُ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ طَلَعَ رَاكِبَانِ فَلَمَّا رَآهُمَا قَالَ «كِنْدِيَّانِ مَذْحِجِيَّانِ». حَتَّى أَتَيَاهُ فَإِذَا رِجَالٌ مِنْ مَذْحِجٍ. قَالَ فَدَنَا إِلَيْهِ أَحَدُهُمَا لِيُبَايِعَهُ. قَالَ فَلَمَّا أَخَذَ بِيَدِهِ قَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ مَنْ رَآكَ فَآمَنَ بِكَ وَصَدَّقَكَ وَاتَّبَعَكَ مَاذَا لَهُ قَالَ «طُوبَى لَهُ». قَالَ فَمَسَحَ عَلَى يَدِهِ فَانْصَرَفَ ثُمَّ أَقْبَلَ الآخَرُ حَتَّى أَخَذَ بِيَدِهِ لِيُبَايِعَهُ قَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ مَنْ آمَنَ بِكَ وَصَدَّقَكَ وَاتَّبَعَكَ وَلَمْ يَرَكَ قَالَ «طُوبَى لَهُ ثُمَّ طُوبَى لَهُ ثُمَّ طُوبَى لَه». قَالَ فَمَسَحَ عَلَى يَدِهِ فَانْصَرَفَ
“Rəvayət edilir ki, Əbu Abdur-Rahmən əl-Cuhəni ﵁ demişdir: “Məzhic qəbiləsindən olan iki kişi bizim yanımıza gəldi. Onlardan biri beyət etmək üçün Allah Elçisinə ﷺ yaxınlaşıb onun əlindən tutdu və dedi: “Ey Allahın Elçisi! De görüm, sənə iman gətirən, sənə tabe olan və səni təsdiqləyən kimsəni nə gözləyir?” Peyğəmbər ﷺ buyurdu: “Beləsinə xoş olsun!” O, əlini Allah Elçisinin ﷺ əlinə sürtərək çıxıb getdi. Sonra digəri beyət etmək üçün ona yaxınlaşıb əlindən tutdu və dedi: “Ey Allahın Elçisi! De görüm, səni görmədən sənə iman gətirən, sənə tabe olan və səni təsdiqləyən kimsəni nə gözləyir?” Peyğəmbər ﷺ buyurdu: “Beləsinə xoş olsun! Beləsinə xoş olsun! Beləsinə xoş olsun!” O da əlini Allah Elçisinin ﷺ əlinə sürtərək çıxıb getdi”.”
Qeyd
Əhməd, 17426, 17852. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1241.
İstinad
Fəzilətli əməllər, 75 (Kitab 2, 63)
Fəzilətli əməllər — İman və Tövhid