İman və Tövhid

“Lə iləhə illəllah” kəlməsinin əzəməti

عَن أَبِى هُرَيْرَةَ وَأَبِى سَعِيدٍ أَنَّهُمَا شَهِدَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا قَالَ الْعَبْدُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ. قَالَ يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَأَنَا أَكْبَرُ. وَإِذَا قَالَ الْعَبْدُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَحْدِى. وَإِذَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ لاَ شَرِيكَ لَهُ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَلاَ شَرِيكَ لِى. وَإِذَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا لِىَ الْمُلْكُ وَلِىَ الْحَمْدُ. وَإِذَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِى». قَالَ أَبُو إِسْحَاقَ ثُمَّ قَالَ الأَغَرُّ شَيْئًا لَمْ أَفْهَمْهُ. قَالَ فَقُلْتُ لأَبِى جَعْفَرٍ مَا قَالَ فَقَالَ مَنْ رُزِقَهُنَّ عِنْدَ مَوْتِهِ لَمْ تَمَسَّهُ النَّارُ.

“Əbu Hureyra və Əbu Səid əl-Xudri ﵄ Allah Elçisinin ﷺ belə dediyini rəvayət edirlər: “Qul: “Lə ilə:hə illəlla:hu valla:hu əkbər” (Allahdan başqa ibadətə layiq məbud yoxdur və Allah ən Böyükdür) - dedikdə, Allah ﷿ buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur və Uca olan Mənəm”. Qul: “Lə ilə:hə illəlla:hu vahdəh” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir) - dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, tək olan Mənəm, Məndən başqa ibadətə layiq məbud yoxdur”. Qul: “Lə ilə:hə illəlla:hu lə şəri:kə ləh” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, Onun şəriki də yoxdur) - dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur və Mənim şərikim də yoxdur”. Qul: “Lə ilə:hə illəlla:hu ləhul-mulku va ləhul-həmd” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, mülk və həmd Ona məxsusdur) - dedikdə, Allah buyurur: “Məndən başqa ibadətə layiq məbud yoxdur, mülk və həmd Mənə məxsusdur”. Qul: “Lə ilə:hə illəlla:hu va lə həulə va lə quvvətə illə billəh” - (Allahdan başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Allaha məxsusdur) - dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Məndədir”. Əbu İshaq dedi: “Sonra Əğarr Əbu Muslim anlamadığım bəzi şeylər söylədi. Mən Əbu Cəfərə: “O nə dedi?”- deyə soruşdum. O dedi: “Ölüm anında bunları deməyə imkan verilən şəxsə Cəhənnəm odu toxunmaz”.”

Əbu Hureyra və Əbu Səid
Səhih

Qeyd

İbn Macə, 3794, 3926. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1390.

İstinad

Fəzilətli əməllər, 51 (Kitab 2, 39)

Fəzilətli əməllər — İman və Tövhid