“Lə iləhə illəllah” kəlməsinin əzəməti
عَنْ سُعْدَى الْمُرِّيَّةِ قَالَتْ: مَرَّ عُمَرُ بِطَلْحَةَ بَعْدَ وَفَاةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: مَا لَكَ كَئِيبًا أَسَاءَتْكَ إِمْرَةُ ابْنِ عَمِّكَ؟ قَالَ: لاَ وَلَكِنْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنِّي لأَعْلَمُ كَلِمَةً لاَ يَقُولُهَا أَحَدٌ عِنْدَ مَوْتِهِ إِلاَّ كَانَتْ نُورًا لِصَحِيفَتِهِ وَإِنَّ جَسَدَهُ وَرُوحَهُ لَيَجِدَانِ لَهَا رَوْحًا عِنْدَ الْمَوْتِ». فَلَمْ أَسْأَلْهُ حَتَّى تُوُفِّيَ قَالَ: أَنَا أَعْلَمُهَا هِيَ الَّتِي أَرَادَ عَمَّهُ عَلَيْهَا وَلَوْ عَلِمَ أَنَّ شَيْئًا أَنْجَى لَهُ مِنْهَا لأَمَرَهُ.
“Rəvayət edilir ki, Sudə əl-Murriyyə ﵂ demişdir: “Bir gün Ömər Allah Elçisinin ﷺ vəfatından sonra Talhənin yanından keçərkən dedi: “Nəyə görə belə kədərlisən? Əmin oğlunun (Əbu Bəkrin) hakimiyyətə gəlməsi səni kədərləndirdi?” Talhə dedi: “Xeyr, lakin mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Həqiqətən, mən elə bir kəlmə bilirəm ki, onu ölüm vaxtı deyən elə bir kimsə yoxdur ki, onun əməl dəftəri nurlanmasın, onun bədəni və ruhu buna görə rahatlıq tapmasın”. Amma mən o kəlməni ondan vəfat edənə qədər soruşmadım”. Ömər dedi: “Mən o kəlməni bilirəm! O, Peyğəmbərin ﷺ əmisinə təklif etdiyi (tövhid kəlməsidir). Əgər Peyğəmbər ﷺ əmisini oddan xilas edə bilən daha yaxşı bir şey bilsəydi, onu əmr edərdi”.”
Qeyd
İbn Macə, 3795, 3927. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 3062.
İstinad
Fəzilətli əməllər, 52 (Kitab 2, 40)
Fəzilətli əməllər — İman və Tövhid