İman və Tövhid

“Lə iləhə illəllah” kəlməsinin əzəməti

عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانِ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَدْرُسُ الإِسْلامُ كَمَا يَدْرُسُ وَشْيُ الثُّوبِ، حَتَّى لا يُدْرى مَا صِيَامٌ وَلاَ صَلاَةٌ وَلاَ نُسُك وَلاَ صَدَقَةٌ، وَلَيُسْرى عَلَى كِتَابُ اللهِ عَزَّ وَجَلَّ فِي لَيْلَةٍ، فَلاَ يَبْقَى فِي الأرْضِ مِنهُ آيَةٌ، وَتَبْقَى طَوَائِفُ مِنَ النَّاسِ الشَّيخُ الْكَبِيرُ، وَالْعَجُوزُ يَقُولُونَ: أَدْرَكْنَا آبَاءَنَا عَلَى هَذِهِ الْكَلِمَة: لاَ إِلَهَ إِلاَّ اللهُ فَنَحْنُ نَقُولُهَا». فَقَالَ لَهُ صِلَةُ: مَا تُغْنِي عَنْهُم: لا إِلَهَ إِلاَّ اللهُ وَهُمْ لا يَدْرُونَ، مَا صَلاَةٌ وَلاَ صِيَامٌ وَلاَ نُسُك وَلاَ صَدَقَةٌ؟ فَأَعْرَضَ عَنْهُ حُذَيْفَةُ ، ثُمَّ رَدَّهَا عَلَيْهِ ثَلاثاً كُلَّ ذَلِكَ يُعْرِضُ عَنْهُ حُذَيفَةُ ، ثُمَّ أَقْبَلَ عَلَيْهِ فِي الثَّالِثَةِ، فَقَالَ: يَا صِلَةُ! تُنْجِيهِمْ مِنَ النَّارِ ثَلاثاً.

“Rəvayət edilir ki, Huzeyfə ibn əl-Yəmən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Paltarın naxışı köhnəlib silindiyi kimi İslam dini də (yer üzərindən) silinib gedəcək, hətta orucun, namazın, həcc və sədəqənin nə olduğu bilinməyəcək. Bir gecədə Allahın ﷿ Kitabı qaldırılacaq və yer üzündə ondan bir ayə belə qalmayacaq. Çox yaşlı kişilər və qadınlardan olan insanlar qalacaq və onlar belə deyəcəklər: “Biz atalarımızdan bu “lə iləhə illəllah” kəlməsini eşitmişik və biz də onu söyləyirik”. Huzeyfə ibn Yəmən bu hədisi rəvayət etdikdə orada olan Sila ona dedi: “Namazın, orucun, həccin və sədəqənin nə olduğunu bilmədikləri halda “lə iləhə illəllah” kəlməsi onları (Cəhənnəm əzabindan) qurtara bilərmi?” Huzeyfə Silanın bu sualını cavabsız buraxıb ondan üzünü çevirdi. Sonra Sila bu sualı Huzeyfəyə üç dəfə təkrar etdi. Hər dəfə də Huzeyfə ondan üz çevirirdi. Nəhayət, Huzeyfə Silaya tərəf dönüb üç dəfə: “Ey Sila! (Bu kəlmə) onları oddan xilas edəcək!”- dedi”.”

Huzeyfə ibn əl-Yəmən
Səhih

Qeyd

İbn Macə, 4049, 4185; əl-Hakim, 8460, 8636. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 87.

İstinad

Fəzilətli əməllər, 53 (Kitab 2, 41)

Fəzilətli əməllər — İman və Tövhid