“Lə iləhə illəllah” kəlməsinin əzəməti
عَنْ عَمْرِو بْنِ مُرَّه الْجُهَنِيِّ قَالَ: جَاءَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ مِنْ قُضَاعة، فَقَالَ لَهُ: يَا رَسُوْلَ اللهِ! أَرَأَيْتَ إِنْ شَهِدْتُ أَنْ لاَ إِلهَ إَلاَّ اللهُ، وَأَنَّكَ رَسُوْلُ اللهِ، وَصَلَّيْتُ الصَّلَوَات الْخَمْس، وَصُمْتُ الشْهرَ وَقُمْتُ رَمَضَانَ، وَآتَيْتُ الزَّكَاةَ، فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ مَاتَ عَلَى هَذَا، كَانَ مِنَ الصِّدِّيقِينَ وَالشُهَداءِ».
“Rəvayət edilir ki, Amr ibn Murra əl-Cuhəni ﵁ demişdir: “Qudaa qəbiləsindən olan bir kişi Allah Elçisinin ﷺ yanına gələrək soruşdu: “Ey Allahın Elçisi! De görüm, əgər mən Allahdan başqa ibadətə layiq məbudun olmadığına, sənin Allahın Elçisi olduğuna şəhadət etsəm, beş vaxt namazı qılsam, Ramazan ayını oruc tutub ibadətlə keçirsəm və zəkat versəm (nə əldə edərəm)?” Allah Elçisi ﷺ buyurdu: “Kim bu əməllər üzrə ölərsə, o, sidq ürəkdən inananlardan və şəhidlərdəndir”.”
Qeyd
İbn Xuzeymə, 2212. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 749.
İstinad
Fəzilətli əməllər, 54 (Kitab 2, 42)
Fəzilətli əməllər — İman və Tövhid