İmanın şirinliyini dadanlar
عَنْ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «ذَاقَ طَعْمَ الإِيمَانِ مَنْ رَضِيَ بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ رَسُولاً».
“Rəvayət edilir ki, Abbas ibn Abdul-Muttalib ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razı qalan kimsə imanın tamını dadar!””
Qeyd
Muslim, 49, 151, 160. Bir şeydən “razı qaldım” demək - “ona qane oldum və onunla kifayətləndim, onunla yanaşı başqa bir şey istəmədim” deməkdir. Hədisdə “razı qalmaq” deyildikdə, Uca Allahdan başqa ilahi qüvvə axtarmamaq, İslam yolundan başqa bir yol tutmamaq və Muhəmmədin ﷺ şəriətindən başqa bir şəriət qəbul etməmək qəsd edilir. Şəkk yoxdur ki, bu sifətləri özündə cəm edən kimsə imanın şirinliyini qəlbinə salmış və onun tamını dadmış olar.
İstinad
Fəzilətli əməllər, 17 (Kitab 2, 5)
Fəzilətli əməllər — İman və Tövhid