İmanın şirinliyini dadanlar
عَنْ أَنَسٍ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «ثَلاَثٌ مَنْ كُنَّ فِيهِ وَجَدَ بِهِنَّ حَلاَوَةَ الإِيمَانِ، مَنْ كَانَ اللَّهُ وَرَسُولُهُ أَحَبَّ إِلَيْهِ مِمَّا سِوَاهُمَا، وَأَنْ يُحِبَّ الْمَرْءَ لاَ يُحِبُّهُ إِلاَّ لِلَّهِ، وَأَنْ يَكْرَهَ أَنْ يَعُودَ فِي الْكُفْرِ بَعْدَ أَنْ أَنْقَذَهُ اللَّهُ مِنْهُ، كَمَا يَكْرَهُ أَنْ يُقْذَفَ فِي النَّارِ».
“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç xislət var ki, bunlar kimdə olsa, o kimsə bu xislətlər sayəsində imanın şirinliyini dadmış olar; Allahı və Onun Elçisini başqalarından daha çox sevmək, sevdiyi kimsəni yalnız Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra yenidən küfrə qayıtmağı oda atılmağı xoşlamadığı kimi xoşlamamaq”.”
Qeyd
Muslim, 60, 165, 174.
İstinad
Fəzilətli əməllər, 16 (Kitab 2, 4)
Fəzilətli əməllər — İman və Tövhid