Allaha iman gətirənlər
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الأَعْمَالِ أَفْضَلُ؟ قَالَ: «إِيمَانٌ بِاللَّهِ» قَالَ: ثُمَّ مَاذَا؟ قَالَ: «الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ» قَالَ: ثُمَّ مَاذَا؟ قَالَ: «حَجٌّ مَبْرُورٌ» وَفِي رِوَايَةِ مُحَمَّدِ بْنِ جَعْفَرٍ قَالَ: «إِيمَانٌ بِاللَّهِ وَرَسُولِهِ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisindən ﷺ soruşdular: “Hansı əməl ən fəzilətli əməl sayılır?” O dedi: “Allaha iman gətirmək”. Ondan yenə soruşdular: “Sonra hansıdır?” O dedi: “Allah yolunda cihad etmək”. Yenə soruşdular: “Sonra hansıdır?” O dedi: “Qəbul olunmuş həcc”. Ravi Muhəmməd ibn Cəfərin rəvayətində: “Allaha və Onun Elçisinə iman gətirməkdir”- deyilir”.”
Qeyd
Muslim, 118, 135, 258.
İstinad
Fəzilətli əməllər, 15 (Kitab 2, 3)
Fəzilətli əməllər — İman və Tövhid