“Lə iləhə illəllah” kəlməsinin əzəməti
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "مَا مِنْ نَفْسٍ تَمُوتُ تَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَرْجِعُ ذَلِكَ إِلَى قَلْبٍ مُوقِنٍ إِلاَّ غَفَرَ اللَّهُ لَهَا"
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına, mənim də Onun Elçisi olduğuna qəlbən, tam yəqinliklə şəhadət edərək ölən elə bir kimsə yoxdur ki, Allah onu bağışlamasın”.”
Muaz ibn Cəbəl
SəhihQeyd
İbn Macə, 3796, 3928. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 2278.
İstinad
Fəzilətli əməllər, 38 (Kitab 2, 26)
Fəzilətli əməllər — İman və Tövhid