“Lə iləhə illəllah” kəlməsinin əzəməti
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَا قَالَ عَبْدٌ لاَ إِلَهَ إِلاَّ اللَّهُ قَطُّ مُخْلِصًا ، إِلاَّ فُتِحَتْ لَهُ أَبْوَابُ السَّمَاءِ ، حَتَّى تُفْضِيَ إِلَى العَرْشِ ، مَا اجْتَنَبَ الكَبَائِرَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səmimi qəlbdən “lə iləhə illəllah”- (Allahdan başqa ibadətə layiq məbud yoxdur) – deyən elə bir qul yoxdur ki, böyük günahlardan çəkindiyi müddətdə göyün qapıları onun üçün açılmasın və o kəlmə Ərşə çatmasın”.”
Əbu Hureyra
HəsənQeyd
ət-Tirmizi, 3590, 3939. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5648.
İstinad
Fəzilətli əməllər, 39 (Kitab 2, 27)
Fəzilətli əməllər — İman və Tövhid