Şəfaət
عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ، عَنْ أَبِيهِ، عَنْ جَدِّهِ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ غَزْوَةِ تَبُوكَ قَامَ مِنَ اللَّيْلِ يُصَلِّي، فَاجْتَمَعَ وَرَاءَهُ رِجَالٌ مِنْ أَصْحَابِهِ يَحْرُسُونَهُ، حَتَّى إِذَا صَلَّى وَانْصَرَفَ إِلَيْهِمْ، فَقَالَ لَهُمْ: لَقَدْ أُعْطِيتُ اللَّيْلَةَ خَمْسًا، مَا أُعْطِيَهُنَّ أَحَدٌ قَبْلِي: أَمَّا أَنَا فَأُرْسِلْتُ إِلَى النَّاسِ كُلِّهِمْ عَامَّةً، وَكَانَ مَنْ قَبْلِي إِنَّمَا يُرْسَلُ إِلَى قَوْمِهِ، وَنُصِرْتُ عَلَى الْعَدُوِّ بِالرُّعْبِ، وَلَوْ كَانَ بَيْنِي وَبَيْنَهُمْ مَسِيرَةُ شَهْرٍ لَمُلِئَ مِنْهُ رُعْبًا، وَأُحِلَّتْ لِي الْغَنَائِمُ آكُلُهَا، وَكَانَ مَنْ قَبْلِي يُعَظِّمُونَ أَكْلَهَا، كَانُوا يُحْرِقُونَهَا، وَجُعِلَتْ لِي الأَرْضُ مَسَاجِدَ وَطَهُورًا، أَيْنَمَا أَدْرَكَتْنِي الصَّلاَةُ تَمَسَّحْتُ وَصَلَّيْتُ، وَكَانَ مَنْ قَبْلِي يُعَظِّمُونَ ذَلِكَ، إِنَّمَا كَانُوا يُصَلُّونَ فِي كَنَائِسِهِمْ وَبِيَعِهِمْ، وَالْخَامِسَةُ هِيَ مَا هِيَ، قِيلَ لِي: سَلْ فَإِنَّ كُلَّ نَبِيٍّ قَدْ سَأَلَ، فَأَخَّرْتُ مَسْأَلَتِي إِلَى يَوْمِ الْقِيَامَةِ، فَهِيَ لَكُمْ وَلِمَنْ شَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ.
“Amr ibn Şueyb atasından və babasından rəvayət edir ki, Allah Elçisi ﷺ Təbuk döyüşü olan ili gecə qalxıb namaz qılırdı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdı. Nəhayət, namazını qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmənin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə, qəlbləri qorxu ilə dolar. Mənə qənimətlər halal edildi, halbuki məndən əvvəlkilər qənimətləri götürməyi haram sayardılar, onlar qənimətləri (bir yerə toplayıb) yandırırdılar. Mənim üçün hər yer səcdəgah və təmizləyici edildi. Harada namazın vaxtı girsə, təyəmmüm edib namaz qıla bilərəm. Məndən əvvəlkilər isə bunu etməyi haram görürdülər. Onlar yalnız kilsələrdə və məbədlərdə namaz qılırdılar. Beşincisi, olduğu kimidir. (Qiyamət günü) mənə: “İstə”- deyiləcək. Həqiqətən, hər bir peyğəmbərin istəyi olmuşdur, mən isə istəyimi Qiyamət günü sizin üçün və “lə iləhə illəllah” kəlməsinə şəhadət verən kəslər üçün saxlamışam”.”
Qeyd
Əhməd, 7068. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 3634.
İstinad
Fəzilətli əməllər, 59 (Kitab 2, 47)
Fəzilətli əməllər — İman və Tövhid