Şəfaət
عَنْ عَوْفِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَتَانِي آتٍ مِنْ عِنْدِ رَبِّي فَخَيَّرَنِي، بِيْنَ أَنْ يُدْخِلَ نِصْفَ أُمَّتِي الْجَنَّةَ، وَبَيْنَ الشَّفَاعَةَ فَاخْتَرتُ الشَّفَاعَةَ، وَهِيَ لِمَنْ مَاتَ لاَ يُشْرِكُ بِاللهِ شَيْئاً».
“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rəbbimin dərgahından bir mələk yanıma gəlib ümmətimin ya yarısını Cənnətə salmaq, ya da şəfaət etmək seçimi arasında mənə ixtiyar verdi. Mən də şəfaəti seçdim. Bu şəfaət Allaha heç bir şeyi şərik qoşmadan ölənlərə aiddir”.”
Qeyd
ət-Tirmizi, 2441, 2628. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5600.
İstinad
Fəzilətli əməllər, 58 (Kitab 2, 46)
Fəzilətli əməllər — İman və Tövhid