Şəfaət
عَنْ أَنَسِ يَرْفَعُهُ إِلَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا زِلْتُ أَشْفَعُ إِلَى رَبِّي عَزَّ وَجَلَّ وَيشفعني وَأشفع وَيشفعني حَتىَّ أَقُولُ أَيْ رَب شَفِّعْنِي فِيمَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ فيقول هَذِهِ لَيْسَتْ لَكَ يَا مُحَمَّدُ وَلا لأَحَدٍ هَذِهِ لي وَعِزَّتِي وَجَلالِي وَرَحْمَتِي لا أَدَعُ فِي النَّارِ أَحَدًا يقول لا إِلَهَ إِلا اللَّهُ
“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən Rəbbimdən ﷿ durmadan şəfaət (tələb) edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət (tələb) etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: “Ya Rəbb! Məni “lə iləhə illəllah” deyən kimsələrə şəfaətçi et”. Allah buyuracaq: “Ey Muhəmməd, bu nə sənə, nə də başqa bir kimsəyə məxsus deyil. Bu, Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən “lə iləhə illəllah” deyən kəsləri odun içində buraxmayacağam”.”
Qeyd
İbn Əbu Asim, 685. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 828.
İstinad
Fəzilətli əməllər, 57 (Kitab 2, 45)
Fəzilətli əməllər — İman və Tövhid