İman və Tövhid

Doğru yolun misalı

عَنْ النَّوَّاسِ بْنِ سَمْعَانَ الأَنْصَارِيِّ عَنْ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: ضَرَبَ اللَّهُ مَثَلاً صِرَاطًا مُسْتَقِيمًا، وَعَلَى جَنْبَتَيْ الصِّرَاطِ سُورَانِ، فِيهِمَا أَبْوَابٌ مُفَتَّحَةٌ، وَعَلَى الأَبْوَابِ سُتُورٌ مُرْخَاةٌ، وَعَلَى بَابِ الصِّرَاطِ دَاعٍ يَقُولُ: أَيُّهَا النَّاسُ، ادْخُلُوا الصِّرَاطَ جَمِيعًا، وَلاَ تَتَعَرَّجُوا، وَدَاعٍ يَدْعُو مِنْ فَوْقِ الصِّرَاطِ، فَإِذَا أَرَادَ يَفْتَحُ شَيْئًا مِنْ تِلْكَ الأَبْوَابِ، قَالَ: وَيْحَكَ لاَ تَفْتَحْهُ، فَإِنَّكَ إِنْ تَفْتَحْهُ تَلِجْهُ، وَالصِّرَاطُ الإِِسْلاَمُ، وَالسُّورَانِ: حُدُودُ اللهِ، وَالأَبْوَابُ الْمُفَتَّحَةُ: مَحَارِمُ اللهِ، وَذَلِكَ الدَّاعِي عَلَى رَأْسِ الصِّرَاطِ: كِتَابُ اللهِ، وَالدَّاعِي مِنِ فَوْقَ الصِّرَاطِ: وَاعِظُ اللهِ فِي قَلْبِ كُلِّ مُسْلِمٍ.

“Nəvvas ibn Səman əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah doğru yola aid bir məsəl çəkdi; bu yolun hər tərəfində bir divar, həmin divarlarda açıq qapılar və bu qapıların üstündə sallanmış pərdələr var. Yolun başında dayanmış bir nəfər insanları çağırıb deyir: “Ey insanlar! Hamınız bu yolla gedin və firqələrə bölünməyin!” Digər dəvətçi də yolun üstündə dayanıb nəzarət edir. Kimsə o qapılardan birini açmaq istəsə ona deyir: “Vay sənin halına, o qapını açma! Əgər sən onu açsan, mütləq ora girəcəksən”. Allah Elçisi ﷺ sözünə davam edib buyurdu: “Burada yol – İslam dinidir; divarlar – Allahın qoyduğu hüdudlar və qayda-qanunlardır, açıq qapılar – Allahın haram buyurduqlarıdır, yolun başında dayanan çağırışçı – Allahın Kitabıdır və nəhayət, yolun üstündə duran nəzarətçi – Allahın hər bir müsəlmanın qəlbində təyin etdiyi nəsihətçidir”.”

Nəvvas ibn Səman əl-Ənsari
Səhih

Qeyd

Əhməd, 17671, 17784. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3887.

İstinad

Fəzilətli əməllər, 26 (Kitab 2, 14)

Fəzilətli əməllər — İman və Tövhid