Qəlbdə olan vəsvəsələr
عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِنَّ أَحَدَكُمْ يَأْتِيهِ الشَّيْطَانُ فَيَقُولُ مَنْ خَلَقَكَ فَيَقُولُ اللَّهُ فَيَقُولُ فَمَنْ خَلَقَ اللَّهَ فَإِذَا وَجَدَ ذَلِكَ أَحَدُكُمْ فَلْيَقْرَأْ آمَنْتُ بِاللَّهِ وَرُسُلِهِ فَإِنَّ ذَلِكَ يُذْهِبُ عَنْهُ
“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: “Səni kim yaradıb?” O da: “Allah!”- deyir. (Sonra şeytan belə vəsvəsə edir): “Bəs Allahı kim yaradıb?” Sizdən biriniz özündə bunu hiss etdikdə: “Allaha və Onun elçilərinə iman etdim!”- desin. Həqiqətən, bu, vəsvəsini ondan uzaqlaşdırar”.”
Qeyd
Əhməd, 26203, 26246. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1610.
İstinad
Fəzilətli əməllər, 25 (Kitab 2, 13)
Fəzilətli əməllər — İman və Tövhid