İman və Tövhid

Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ أَعْرَابِيًّا جَاءَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ! دُلَّنِي عَلَى عَمَلٍ إِذَا عَمِلْتُهُ دَخَلْتُ الْجَنَّةَ. قَالَ: «تَعْبُدُ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا، وَتُقِيمُ الصَّلاَةَ الْمَكْتُوبَةَ، وَتُؤَدِّي الزَّكَاةَ الْمَفْرُوضَةَ، وَتَصُومُ رَمَضَانَ» قَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ لاَ أَزِيدُ عَلَى هَذَا شَيْئًا أَبَدًا، وَلاَ أَنْقُصُ مِنْهُ، فَلَمَّا وَلَّى، قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى رَجُلٍ مِنْ أَهْلِ الْجَنَّةِ، فَلْيَنْظُرْ إِلَى هَذَا».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir bədəvi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənə elə bir əməl öyrət ki, onu yerinə yetirəcəyim təqdirdə Cənnətə daxil olum”. Peyğəmbər ﷺ buyurdu: “Allaha ibadət et və Ona heç kəsi şərik qoşma, fərz buyurulmuş namazları qıl, vacib buyurulmuş zəkatı ver və Ramazan ayını oruc tut!” Bədəvi dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən heç vaxt buna heç nə artırmayacağam və bundan heç nə əskiltməyəcəyəm”. O gedəndən sonra Peyğəmbər ﷺ buyurdu: “Cənnət əhlindən olan bir adama baxıb zövq almaq istəyəniniz varsa, qoy buna baxsın”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 107, 116, 6538; əl-Buxari, 1310, 1397.

İstinad

Fəzilətli əməllər, 27 (Kitab 2, 15)

Fəzilətli əməllər — İman və Tövhid