Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir
عَنْ أَبِى أَيُّوبَ أَنَّ رَجُلاً قَالَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبِرْنِى بِعَمَلٍ يُدْخِلُنِى الْجَنَّةَ. قَالَ مَا لَهُ مَا لَهُ؟ وَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَرَبٌ مَالَهُ، تَعْبُدُ اللَّهَ، وَلاَ تُشْرِكُ بِهِ شَيْئًا، وَتُقِيمُ الصَّلاَةَ، وَتُؤْتِى الزَّكَاةَ، وَتَصِلُ الرَّحِمَ».
“Əbu Əyyub ﵁ rəvayət edir ki, bir nəfər Peyğəmbərə ﷺ dedi: “Mənə Cənnətə girməyimə səbəb olacaq əməl barədə xəbər ver”. Səhabələr: “Ona nə olub? Ona nə olub?”- deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “O bilmədiyini öyrənmək istəyir. Allaha ibadət et və Ona heç kəsi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla!””
Qeyd
əl-Buxari, 1309, 1396.
İstinad
Fəzilətli əməllər, 28 (Kitab 2, 16)
Fəzilətli əməllər — İman və Tövhid