Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ: كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ بَيْنِي وَبَيْنَهُ إِلاَّ مُؤْخِرَةُ الرَّحْلِ، فَقَالَ: «يَا مُعَاذَ بْنَ جَبَلٍ!» قُلْتُ: لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، ثُمَّ سَارَ سَاعَةً، ثُمَّ قَالَ: «يَا مُعَاذَ بْنَ جَبَلٍ!» قُلْتُ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، ثُمَّ سَارَ سَاعَةً، ثُمَّ قَالَ: «يَا مُعَاذَ بْنَ جَبَلٍ!» قُلْتُ: لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، قَالَ: «هَلْ تَدْرِي مَا حَقُّ اللَّهِ عَزَّ وَجَلَّ عَلَى الْعِبَادِ؟» قَالَ: قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ: «فَإِنَّ حَقَّ اللَّهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوهُ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا» ثُمَّ سَارَ سَاعَةً، ثُمَّ قَالَ: «يَا مُعَاذَ بْنَ جَبَلٍ!» قُلْتُ: لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، قَالَ: «هَلْ تَدْرِي مَا حَقُّ الْعِبَادِ عَلَى اللَّهِ إِذَا فَعَلُوا ذَلِكَ؟» قَالَ: قُلْتُ: «اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ: «أَنْ لاَ يُعَذِّبَهُمْ».
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərlə ﷺ birlikdə onun mindiyi heyvanın tərkində idim. Mənimlə onun arasında yəhərin söykənəcəyindən başqa heç nə yox idi. Peyğəmbər ﷺ məni: “Ey Muaz ibn Cəbəl!”- deyə çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir az getdikdən sonra o, yenə: “Ey Muaz ibn Cəbəl!”- deyə çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir qədər getdikdən sonra o, yenə: “Ey Muaz ibn Cəbəl!”- deyə çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” O buyurdu: “Bilirsənmi, Allahın ﷿ qulları üzərindəki haqqı nədir?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “Allahın qulları üzərindəki haqqı qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır”. Bir qədər getdikdən sonra o yenə: “Ey Muaz ibn Cəbəl!”- deyə çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” O buyurdu: “Bilirsənmi, qulları bunu yerinə yetirəcəkləri təqdirdə onların Allah üzərindəki haqqı nədir?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “(Ona heç nəyi şərik qoşmayan) qullarına əzab verməməsidir”.”
Qeyd
Muslim, 43, 152.
İstinad
Fəzilətli əməllər, 29 (Kitab 2, 17)
Fəzilətli əməllər — İman və Tövhid