İman və Tövhid

Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir

عَنْ أَبِي ذَرٍّ قَالَ: فَانْطَلَقَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَحْوَ الْبَقِيعِ، وَانْطَلَقْتُ أَتْلُوهُ، فَالْتَفَتَ فَرَآنِي فَقَالَ: يَا أَبَا ذَرٍّ، فَقُلْتُ: لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ، وَسَعْدَيْكَ، وَأَنَا فِدَاؤُكَ، فَقَالَ: إِنَّ الْمُكْثِرِينَ هُمُ الْمُقِلُّونَ يَوْمَ الْقِيَامَةِ، إِلاَّ مَنْ قَالَ هَكَذَا وَهَكَذَا فِي حَقٍّ، قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، فَقَالَ: هَكَذَا ثَلاَثًا، ثُمَّ عَرَضَ لَنَا أُحُدٌ فَقَالَ: يَا أَبَا ذَرٍّ، فَقُلْتُ: لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، وَأَنَا فِدَاؤُكَ، قَالَ: مَا يَسُرُّنِي أَنَّ أُحُدًا لِآلِ مُحَمَّدٍ ذَهَبًا، فَيُمْسِي عِنْدَهُمْ دِينَارٌ، أَوْ قَالَ: مِثْقَالٌ، ثُمَّ عَرَضَ لَنَا وَادٍ، فَاسْتَنْتَلَ فَظَنَنْتُ أَنَّ لَهُ حَاجَةً، فَجَلَسْتُ عَلَى شَفِيرٍ، وَأَبْطَأَ عَلَيَّ. قَالَ: فَخَشِيتُ عَلَيْهِ، ثُمَّ سَمِعْتُهُ كَأَنَّهُ يُنَاجِي رَجُلًا، ثُمَّ خَرَجَ إِلَيَّ وَحْدَهُ، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ، مَنِ الرَّجُلُ الَّذِي كُنْتَ تُنَاجِي؟ فَقَالَ: أَوَ سَمِعْتَهُ؟ قُلْتُ: نَعَمْ، قَالَ: فَإِنَّهُ جِبْرِيلُ أَتَانِي، فَبَشَّرَنِي أَنَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِي لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ، قُلْتُ: وَإِنْ زَنَى وَإِنْ سَرَقَ؟ قَالَ: نَعَمْ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Bəqi qəbiristanlığına tərəf getdi. Mən də onun dalınca getdim. O, arxaya dönüb məni gördükdə buyurdu: “Ey Əbu Zərr!” Mən dedim: “Hüzurundayam, ey Allahın Elçisi! Əmrinə müntəzirəm, canım sənə qurban!” O dedi: “(Bu dünyada) var-dövlətlərini artıranlar Qiyamət günü (savablarını) azaldacaqlar. Yalnız haqq yolda belə və belə edənlər müstəsnadır”. Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O: “Belə” sözünü üç dəfə təkrar etdi. Sonra qarşımıza Uhud dağı çıxdı. Peyğəmbər ﷺ buyurdu: “Ey Əbu Zərr!” Mən dedim: “Hüzurundayam, ey Allahın Elçisi! Əmrinə müntəzirəm, canım sənə qurban!” O buyurdu: “Uhud dağının Muhəmməd ailəsi üçün qızıla çevrilib, bir gecə onların yanında ondan bircə dinar (qızıl pul), yaxud bircə misqal qalması məni sevindirməz”. Sonra qarşımıza bir vadi çıxdı. Peyğəmbər ﷺ qabağa keçdi. Mən onun subaşına çıxmaq istədiyini zənn etdim və buna görə də bir kənarda oturub onu gözlədim. O, bir qədər gec qayıtdı və mən onun başına bir iş gəlməsindən qorxdum. Sonra mən onun kiminləsə pıçıldaşdığını eşitdim, lakin o, mənim yanıma tək gəldi. Mən soruşdum: “Ey Allahın Elçisi, sənin pıçıldaşdığın adam kim idi?” O soruşdu: “Sən bunu eşitdinmi?” Mən: “Bəli!”– deyə cavab verdim. O buyurdu: “Bu, Cəbrail idi. Gəlmişdi mənə müjdə versin ki, ümmətimdən kim Allaha şərik qoşmadığı halda ölsə, Cənnətə daxil olacaq”. Mən dedim: “Zina etsə, oğurluq etsə belə?” Cəbrail: “Bəli!”– dedi”.”

Əbu Zərr
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 803. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 826.

İstinad

Fəzilətli əməllər, 30 (Kitab 2, 18)

Fəzilətli əməllər — İman və Tövhid