İman və Tövhid

Cənnəti istəyən Allaha şərik qoşmayaraq Ona ibadət etməlidir

عَنْ أَبَا ذَرٍّ قَالَ: أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَعَلَيْهِ ثَوْبٌ أَبْيَضُ وَهُوَ نَائِمٌ ثُمَّ أَتَيْتُهُ وَقَدْ اسْتَيْقَظَ )فَجَلَسْتُ إِلَيْهِ) فَقَالَ: مَا مِنْ عَبْدٍ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ثُمَّ مَاتَ عَلَى ذَلِكَ إِلاَّ دَخَلَ الْجَنَّةَ قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ عَلَى رَغْمِ أَنْفِ أَبِي ذَرٍّ وَكَانَ أَبُو ذَرٍّ إِذَا حَدَّثَ بِهَذَا قَالَ وَإِنْ رَغِمَ أَنْفُ أَبِي ذَرٍّ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ yanına gəldim. Həmin vaxt o, üstünə ağ örtük sərib yatmışdı. Artıq o, oyanmışdı. Mən onun yanında oturdum və o, mənə belə buyurdu: “Lə iləhə illəllah” deyən və (qəlbən) bunu təsdiqləyərək ölən hər bir bəndə mütləq Cənnətə girəcək”. Mən soruşdum: “Zina və oğurluq etsə də?” O dedi: “Zina və oğurluq etsə də”. Mən yenə soruşdum: “Zina və oğurluq etsə də?” O dedi: “Zina və oğurluq etsə belə”. Mən bir daha soruşdum: “Zina və oğruluq etsə də?” O buyurdu: “Zina və oğurluq etsə belə. Əbu Zərin xoşuna gəlməsə belə”. Əbu Zərr bu hədisi danışarkən deyərdi: “Əbu Zərin xoşuna gəlməsə belə”.”

Əbu Zərr
Səhih

Qeyd

Muslim, 138, 273, 283; əl-Buxari, 5379, 5827.

İstinad

Fəzilətli əməllər, 31 (Kitab 2, 19)

Fəzilətli əməllər — İman və Tövhid