“Lə iləhə illəllah” kəlməsinin əzəməti
سَمِعْتُ أُسَامَةَ بْنَ زَيْدِ بْنِ حَارِثَةَ يُحَدِّثُ قَالَ: بَعَثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْحُرَقَةِ مِنْ جُهَيْنَةَ، فَصَبَّحْنَا الْقَوْمَ فَهَزَمْنَاهُمْ، قَالَ: وَلَحِقْتُ أَنَا وَرَجُلٌ مِنْ الأَنْصَارِ رَجُلاً مِنْهُمْ، فَلَمَّا غَشِينَاهُ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ، فَكَفَّ عَنْهُ الأَنْصَارِيَّ وَطَعَنْتُهُ بِرُمْحِي حَتَّى قَتَلْتُهُ، قَالَ: فَلَمَّا قَدِمْنَا بَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لِي: يَا أُسَامَةُ! أَقَتَلْتَهُ بَعْدَ مَا قَالَ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ؟ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ! إِنَّمَا كَانَ مُتَعَوِّذًا.) قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّمَا قَالَهَا خَوْفًا مِنَ السِّلاَحِ. قَالَ «أَفَلاَ شَقَقْتَ عَنْ قَلْبِهِ حَتَّى تَعْلَمَ أَقَالَهَا أَمْ لاَ( قَالَ: فَقَالَ: أَقَتَلْتَهُ بَعْدَ مَا قَالَ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ؟ قَالَ: فَمَا زَالَ يُكَرِّرُهَا عَلَيَّ حَتَّى تَمَنَّيْتُ أَنِّي لَمْ أَكُنْ أَسْلَمْتُ قَبْلَ ذَلِكَ الْيَوْمِ.
“Rəvayət edilir ki, Usamə ibn Zeyd ibn Haris ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizi Cuheynədəki Huraqatın üstünə göndərdi. Biz səhərə yaxın düşmənə hücum etdik və onları məğlubiyyətə uğratdıq. (Orada) mən Ənsardan olan bir kişi kafirlərdən birini haqladıq. Biz onun başının üstünü aldıqda, o: “Lə iləhə illəllah!”- dedi. (Bunu eşidəndə) ənsardan olan qardaşım ona dəymədi. Mən isə nizəmlə onu vurub öldürdüm. Biz Mədinəyə gəldikdə, hadisəni Peyğəmbərə ﷺ danışdılar. Peyğəmbər ﷺ mənə dedi: “Ey Usamə! O: “Lə iləhə illəllah”- deyəndən sonra sən onu öldürdün?!” Dedim: “Ey Allahın Elçisi! O, (canını) qurtarmaq üçün belə etdi”. (Mən dedim: “Ey Allahın Elçisi! O bunu silahdan qorxduğuna görə dedi”. Peyğəmbər ﷺ buyurdu: “Məgər sən onun qəlbini yardın ki, biləsən o bunu (ürəkdən) deyib, yoxsa yox?”). Peyğəmbər ﷺ dedi: “O: “Lə iləhə illəllah”- deyəndən sonra sən onu öldürdün?!” Peyğəmbər ﷺ bu sözü mənə o qədər təkrar etdi ki, nəhayət, mən (öz-özümə): “Kaş mən bu gündən öncə İslamı qəbul etmiş olmayaydım”- deyə təmənna etdim”.”
Qeyd
Muslim, 141, 278, 288; əl-Buxari, 4269, 4021, 6478, 6872; İbn Hibban, 4751.
İstinad
Fəzilətli əməllər, 43 (Kitab 2, 31)
Fəzilətli əməllər — İman və Tövhid