“Lə iləhə illəllah” kəlməsinin əzəməti
عَنْ الْمِقْدَادِ بْنِ الأَسْوَدِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ قَالَ: يَا رَسُولَ اللَّهِ! أَرَأَيْتَ إِنْ لَقِيتُ رَجُلاً مِنْ الْكُفَّارِ، فَقَاتَلَنِي، فَضَرَبَ إِحْدَى يَدَيَّ بِالسَّيْفِ فَقَطَعَهَا، ثُمَّ لاَذَ مِنِّي بِشَجَرَةٍ فَقَالَ: أَسْلَمْتُ لِلَّهِ، أَفَأَقْتُلُهُ يَا رَسُولَ اللَّهِ بَعْدَ أَنْ قَالَهَا؟ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَقْتُلْهُ» قَالَ: فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ! إِنَّهُ قَدْ قَطَعَ يَدِي، ثُمَّ قَالَ ذَلِكَ بَعْدَ أَنْ قَطَعَهَا، أَفَأَقْتُلُهُ؟ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَقْتُلْهُ، فَإِنْ قَتَلْتَهُ فَإِنَّهُ بِمَنْزِلَتِكَ قَبْلَ أَنْ تَقْتُلَهُ، وَإِنَّكَ بِمَنْزِلَتِهِ قَبْلَ أَنْ يَقُولَ كَلِمَتَهُ الَّتِي قَالَ».
“Miqdad ibn əl-Əsvədin ﵁ belə dediyi rəvayət edilir: “(Bir dəfə) mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi! Söylə görüm, əgər mən (döyüşdə) kafirlərdən biri ilə üz-üzə gəlib onunla vuruşsam, o, qılıncla vurub mənim bir əlimi kəssə, sonra da canını məndən qurtarmaq üçün ağaca qalxıb: “Allaha təslim oluram!”- desə, bu sözü dedikdən sonra mən onu öldürə bilərəmmi, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Sən onu öldürməməlisən!” Mən dedim: “Ey Allahın Elçisi! Axı, o, mənim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdikdən sonra demişdir. Belə olduqda mən onu öldürə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Sən onu öldürməməlisən, çünki əgər sən onu öldürsən, onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olacaq. Sənin halın isə onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq”.”
Qeyd
Muslim, 95, 274; əl-Buxari, 4019, 6865.
İstinad
Fəzilətli əməllər, 44 (Kitab 2, 32)
Fəzilətli əməllər — İman və Tövhid