İman və Tövhid

“Lə iləhə illəllah” kəlməsinin əzəməti

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُغِيرُ إِذَا طَلَعَ الْفَجْرُ وَكَانَ يَسْتَمِعُ الأَذَانَ فَإِنْ سَمِعَ أَذَانًا أَمْسَكَ وَإِلاَّ أَغَارَ فَسَمِعَ رَجُلاً يَقُولُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «عَلَى الْفِطْرَةِ». ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «خَرَجْتَ مِنَ النَّارِ». فَنَظَرُوا فَإِذَا هُوَ رَاعِى مِعْزًى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bir yerə sübh açıldıqda hücum edərdi. (Ora yaxınlaşıb) qulaq asar, azanı eşitsəydi, hücum etməzdi. Əks təqdirdə isə hücum edərdi. Bir kişinin: “Allahu Əkbər, Allahu Əkbər”- dediyini eşitdi və belə buyurdu: ”O, fitrət üzərindədir”. Sonra belə dedikdə: “Əşhədu ən lə iləhə illəllah, əşhədu ən lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq məbudun olmadığına şəhadət edirəm)”. O belə buyurdu: “Oddan qurtuldu”. Baxdıqları vaxt onun bir çoban olduğunu gördülər”.”

Ənəs ibn Malik
Səhih

Qeyd

Muslim, 575, 873.

İstinad

Fəzilətli əməllər, 45 (Kitab 2, 33)

Fəzilətli əməllər — İman və Tövhid